Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Firavan həyat-Biləsuvar Gəncliyi” devizi altında “Ümummilli liderin Azərbaycan Gəncliyinə bəxş etdiyi firavan həyat” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

24 dekabr 2013 | 16:00

23 dekabr  2013-cü il tarixdə YAP Biləsuvar rayon  Təşkilatında rayon gənclərinin iştirakı ilə  “Firavan həyat-Biləsuvar Gəncliyi” devizi altında  “Ümummilli liderin  Azərbaycan Gəncliyinə  bəxş etdiyi firavan həyat” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.Konfransda Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərindən danışılmış, onun Azərbaycan gənclərinin inkişafı,  ictimai həyatın bütün sferalarında gənclərin  aktiv fəaliyyəti üçün həyata keçirdiyi tədbirlərdən bəhs edilmişdir.Çıxış edən gənclər  Ümummilli liderin apardığı Gənclər siyasətinin davamı olaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin  gördüyü işləri qeyd edərək , gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi istiqamətində atılan addımları və həyata heçirilən proqramları yüksək qiymətləndirdilər. Çıxışlardan sonra Ümummilli  lider Heydər Əliyevin Gənclər Siyasətilə bağlı fəaliyyətini əks etdirən  videoçarxa  baxış keçirildi və  Heydər Əliyev  parkında  fləşmol tədbiri  keçirilmişdir.

Keçidlər