Biləsuvar rayon Xırmandalı kəndində yeni inşa olunmuş 40 yerlik Uşaq bağçasının açılış mərasimi keçirildi.
15 mart 2019-cu il tarixdə Biləsuvar rayon Xırmandalı kəndində yeni inşa olunmuş 40 yerlik Uşaq bağçasının açılış mərasimi keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-muafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak edəcəkdir.
Əvvəlcə yeni bina barədə məlumat verilərək bildirdi ki, yeni inşa olunmuş 40 yerlik bağçada uşaqlar üçün bütün şərait yaradılmışdır.Yeni inventar və avadanlıqlar alınmışdır.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda da uğurla həyata keçirilir.Bu gun rayonumuzda əsaslı işlər aparılır. Son illər rayonda bir neçə bağça tikilərək istifadəyə verilmişdir.Açılışına yığışdığımız bu tərbiyə ocağında kollektiv üçün gözəl şərait yaradılmışdır. Bu bağça sayca rayonda yeni inşa olunan beşinci tərbiyə ocağıdır.Birmərtəbəli, 40 yerlik bina müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, mətbəx, oyun otaqları, tibb məntəqəsi və yardımçı otaqlardan ibarətdir. Bağça binasında müasir istilik sistemi də quraşdırılıb. Həyətyanı sahədə isə uşaqlar üçün istirahət güşələri yaradılıb.
Tədbirdə kənd sakinləri çıxış edərək uşaqlar üçün gözəl şərait yaratdıqlarına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bağçanın açılışını bildirən qırmızı lenti kəsdi və bağçaya baxış keçirdi.