Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi

13 mart 2019 | 16:00

13 mart  2019-cu il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Yuxarı Ağalı kəndində 240 təsərrüfat, 936 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 350 hektardır. Yuxarı Ağalı  kəndi üzrə 1 ümumi orta məktəb,  tibb məntəqəsi, kitabxana, baytarlıq məntəqəsi və yerli ATS  fəaliyyət göstərir.
Tədbirdə Yuxarı Ağalı  kənd İcra nümayəndəsi Məhəmməd Fətəliyev çıxış edərək ötən  müddət  ərzində görülmüş işlərdən danışaraq qeyd etmişdir ki, ötən qəbul zamanı kənddə vətəndaşlar tərəfindən qaldırılan 5 məsələnin hamısı həll edilmişdir. Əkin sahələrindəki  şor kollektorları lildən təmizlənmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq  bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda  da geniş  abadlıq-quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz  hərtərəfli  inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr  özünü göstərir. Yollarımız  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində son aylar imzaladığı fərman və sərəncamların icrasının nəticələrini hər bir ailə, o cümlədən  bu kəndinin əhalisi də öz həyat şəraitində hiss edəcəkdir.
Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə  insanları narahat edən heç bir problemlər olmayacaq.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yuxarı Ağalı kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.

 

Keçidlər