Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində rayon gəncləri ilə görüş keçirildi.

12 mart 2019 | 16:00

12 mart 2019-cu il tarixdə Biləsuvar Gənclər evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində Biləsuvar rayon gəncləri ilə görüş keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Biləsuvar rayon İcra Hakimiyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Bəhruz Əliyev, Aprel döyüşlərinin iştirakçıları  və orta ümumtəhsil müəssisələrinin şagirdləri iştirak etdilər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyinin qorunması uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Biləsuvar rayon İcra Hakimiyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək bildirdilər ki, tədbirin keçirilməsində əsas məqsəd, ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.
Qeyd olundu ki, tədbirin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.
Daha sonra çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Bəhruz Əliyev və Aprel döyüşlərinin iştirakçıları keçdikləri döyüş yolundan, Azərbaycan Ordusunun qüdrətindən, ordudakı ruh yüksəkliyindən və əsgərlərimizin işğal altında olan ərazilərimizi azad etməyə hər an hazır olduqlarından söhbət açdılar.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər