Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
06 mart 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Görüşdə Təzəkənd kənd İcra nümayəndəsi Rudinil Bağırov çıxış edərək bildirdi ki, Təzəkənd kəndində 438 təsərrüfatda 1875 nəfər əhali yaşayır.Kənddə tam orta məktəb, tibb məntəqəsi, kitabxana, klub fəaliyyət göstərir.Bildirdi ki,ötən dövr ərzində kəndin mərkəzi yolu asfaltlaşdırılmış, küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuşdur. Bundan əlavə kənd məktəbində əsaslı təmir işləri görülmüşdür.Ərazidəki şor kollektorları lildən təmizlənmiş, “Modul” tipli sudurulducu qurğu qurulmuşdur.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.
R.Bağırov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində son aylar imzaladığı fərman və sərəncamların icrasından danışaraq qeyd etdi ki, bu artımları hər bir ailə, o cümlədən Təzəkənd kəndinin əhalisi də öz həyat şəraitində hiss edəcəkdir.
Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Təzəkənd kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər