Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
23 yanvar 2014-cü il tarixdə Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri,şəhər ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.Biləsuvar şəhər İcra nümayəndəsi Qabil Xammədov hesabat verərək ötən il ərzində görülmüş işlərdən danışmış və qarşıda duran problemlər barədə məlumat vermişdir.O, bildirmişdir ki, hesabat ilində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq şəhər ərazisi tam qazlaşdırılmışdır, hazırda yeni yaşayış massivlərində yaşayış evlərinə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Hesabat ilində Rayon mərkəzində ərazisi 1.7 hektar olan Heydər Əliyev parkının müasir üslubda yenidən qurulması, həmin parkın ərazisində Heydər Əliyev mərkəzinin, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının yeni inzibati binalarının, Ümummilli lider Heydər Əliyevin abidə kompleksinin və fəvvarə kompleksinin tikintiləri başa çatdırılmış və Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə əhalinin istifadəsinə verilmişdir. Biləsuvar şəhərinin H.Əliyev, M.İbrahimov və Nizami küçələrindən keçən hissəsində hasarların tikintisi və aqlay daşları ilə üzlənməsi, piyada səkilərinin üzlük tavalarla üzlənməsi və yeni işıqlandırma dirəklərinn quraşdırılması işləri başa çatdırılmışdır. Şəhər, 1 saylı uşaq bağçası əsaslı təmir edilmiş, 2 saylı uşaq bağçası üçün isə 1 mərtəbəli 40 yerlik yeni bina tikilib istifadəyə verilmişdir.Hazırda Biləsuvar şəhərinin H.Əliyev küçəsinin xəstəxana istiqamətində olan hissəsində hasarların tikintisi və aqlay daşları ilə üzlənməsi, piyada səkilərinin üzlük tavalarla üzlənməsi və yeni işıqlandırma dirəklərinn quraşdırılması işləri aparılır.Ötən il ərzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Biləsuvar şəhərinin içməli su və kanalizasiya sisteminin tikintisi işləri davam etdirilmişdir.Hazırda şəhərdaxili su xəttlərinin çəkilişi işləri yekunlaşdırılır və mərhələlərlə abonentlərə suyun verilməsi işləri görülür. Bundan əlavə yeni məhəllələrdə yolların abadlaşdırılması məqsədilə qum-çınqılla təmir işləri aparılmış, təhsil müəssisələrində qışa hazırlıq məqsədilə müəyyən işləri görülmüş, yaşayış binalarının fasad hisslələri və üst örtükləri təmir edilmişdir.Q.Xammədov bildirdi ki, əhalinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır, vətəndaşların hər bir müraciətinə cavab verilir və bununla bağlı qarşıya çıxan hər bir problemlərimiz rayon İcra Hakimiyyəti tərəfindən həll edilir.
Tədbirdə şəhər sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab ilham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın bu günkü hərtərəfli inkişafından danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda o, cümlədən Biləsuvar şəhərində də abadlıq- quruculuq işləri həyata keçirilir. O,qeyd etdi ki, ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki,məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir. Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda insanları narahat edən heç bir problemlər olmayacaq.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev əhalinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.