Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda kənd təsərrüfatı əkinlərnin suvarma suyu ilə təmin olunmasının vəziyyətinə dair müşavirə keçirildi.

21 fevral 2019 | 16:00

21 fevral 2019-cu il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində kənd təsərrüfatı əkinlərnin suvarma suyu ilə təmin olunmasının  vəziyyətinə dair  müşavirə keçirildi.
Müşavirədə  Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, Su  və Meliorasiya ASC-nin sədr müavini Zakir Quliyev, aidiyyati idarə, müəssisə və təşkilatların nümayəndələri və fermerlər iştirak etdi.
Müşavirni giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev son illərdə aqrar sahədə aparılan islahatlardan danışdı. Ölkə Prezidenti aqrar sahəyə böyük həcmdə investisiya yatırılması və dövlət dəstəyinin göstərilməsinin məntiqi nəticəsi olaraq  böyük həcmdə müasir texnikaların almasını, gübrə və dərman preparatlarının gətirilməsini, əkin sahələrinin melorasiya və suvarılmasında iri layihələrin həyata keçirilməsini qeyd edərək bildirdir ki, dövlətin bu sahəyə göstərəcəyi diqqət bundan sonra da davam etdiriləcəkdir.
Biləsuvar rayonunda da son illər aqrar sahənin inkişafı istiqaməti kompleks tədbirlər həyata keçirilmişdir. Aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılan münbit şərait və mühüm dövlət tədbirləri öz müsbət nəticələrini vermişdir. 10 min hektardan çox otlaq sahəsi əkin dövriyyəsin keçirilmişdir. Rayonda 3 aqropark yaradılmışdır. Kənd təsərrüfatının mühüm sahələri  olan pambıqçılığın, taxılçılığın və çəltikçiliyin sürətli inkişafını təmin etmişdir.
Son illərdə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunan güzəştlər pambıqçılığın inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində mühüm rol oynamış, bu sahəyə investisiyaların cəlb olunmasına və pambıq istehsalına marağı artırmışdır.
Əkin sahələrinin artırlması və yüksək məhsuldarlığın əldə olmasında sahələrin suvarma suyu ilə təmin edilməsi və melorasiya işlərinin aparılması  vacib məsələrdən biridir.Son illərdə rayonda  bu sahədə də  bir cox işlər görülmüş, şor kollektorlarında lildən  təmizləmə işləri aparılmış,  yeni suvarma kanalları çəkilmiş, yanacaqla işləyən su motorları elektrik matorları ilə əvəz olunmuşdur. Suvarma suyundan səmərəli istifadə edilməsi, bütün sahələrin vaxtında su ilə təmin olunması daim diqqət mərkəzində saxlanılmış,  bu məqsədlə mülkiyyətçilərlə və fermerlərlə maarifləndirmə işləri aparılmış, yaranmış olan problemlər  görülmüş tədbirlər nəticəsində qısa vaxta öz həllini tapmışdır. Araz çayının yeni qolunun çəkilməsi əkin dövriyyəsinə cəlb edilmiş sahələrdə, Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayonun sərhədyanı ərazisində suyığıcı kollektorun tikintisi  və Dərvişli kəndində subarteziyan quyularının qazılmsı isə bu ərazilərdə olan sahələrin suvarma su problemini aradan qaldıracaqdır.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, Su  və Meliorasiya ASC-nin sədr müavini Zakir Quliyev Ölkə rəhbərliyinin qeyri neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı məqsədi ilə apardığı islahatlardan, görülmüş işlərdən  danışdılar. Biləsuvar rayonda kənd təsərrüfatı sahəsində, xüsusi ilə pambıqçılığın, taxılçılığın və çəltikçiliyin inkişafı istiqamətində görülmüş işləri yüksək qiymətləndirdilər. Rayonun əkin sahələrinin suvarma su təminatın çox hissəsinin mexaniki üsulla aparılmasını, bu sahədə  görülmüş işlərin və gələcəkdə aparılacaq tədbirlərdən danışdılar. Su təminatı qisməm az olan sahlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması  və gələcəkdə bu sahələrdə yarana biləcək hər hansı problemin vaxtında həll edilməsi istiqamətində müvafiq köməkliklərin göstəriləcəyini bildirdilər.
Çıxış edən fermerlər rayonda kənd təsərrüfatı əkinlərinin suvarılmasının vəziyyəti ilə əlaqədar fikirlərini bildirdilər.İri təsərrüfat rəhbərləri suvarma işi ilə əlaqədar təkliflərlə çıxış etdilər.

Keçidlər