Biləsuvar rayonunda 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
15 fevral 2019-cu il tarixdə Biləsuvar rayon Gənclər evində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat iclasında Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbirdən əvvəl yığıncaq iştirakçıları rayonun sosial-iqtisadi, mədəni və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə və rayon sakinləri üçün təşkil edilmiş ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baxış keçirildi.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə Biləsuvar rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev ötən 2018-ci ildə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.
M.Quliyev bildirdi ki, 2018-ci il rayonumuz üçün xüsusilə əlamətdar olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-cü ilin sentyabr ayının 18-də rayonumuza səfər etməsi hər bir Biləsuvarlının yaddaşında unudulmaz xatirəyə çevrilmişdir. Məhz həmin gün cənab Prezident rayonumuz üçün xüsusi əhəmiyyət kəsb edən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Gənclər evinin və Bayraq Muzeyinin açılışını etmişdir.
Cənab Prezidentin həmin gün Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km) – Biləsuvar avtomobil yolunun yenidən qurulması və Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı imzaladığı sərəncamlar Rayonumuza və biləsuvarlılara olan diqqət və qayğısının bariz nümunəsidir. Hazırda Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi - Biləsuvar avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, yolun hərəkət zolağı genişləndirilməklə 2 qat asfaltbeton örtük qoyulmuşdur.
48 mənzilli yaşayış və 1176 yerlik Nizami adına şəhər 1 saylı tam orta məktəbin binalarının tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.
2018-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 314.5 milyon manat, sənaye məhsulunun həcmi 47.3 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 117.4 milyon manat, əsas kapitala yönələn investisiyalar 71.6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 244,3 milyon manat təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə çoxdur. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2369 manat, orta aylıq əmək haqqı isə 300 manat olmuşdur. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, 2018-ci ildə 154 fərdi yaşayış evi tikilmişdir. Ötən il rayon Məşğulluq Mərkəzi vasitəsi ilə 527 nəfər işsiz vətəndaş işlə təmin olunmuşdur. 95 nəfər işsiz vətəndaş özünüməşğulluq proqramına cəlb olunmuşdur. Onlara dövlət tərəfindən əvəzsiz iri və xırda buynuzlu mal-qara verilməklə məşğulluqları daimi təmin olumuşdur.
2018-ci ildə rayonumuzda bütün sahələrdə olduğu kimi, aqrar sahənin də inkişaf etdirilməsi üçün yaradılan münbit şərait və mühüm dövlət tədbirləri öz müsbət nəticələrini vermiş, kənd təsərrüfatının mühüm sahəsi olan pambıqçılığın sürətli inkişafını təmin etmişdir.
Mülkiyyətçilərimiz 2018-ci ildə sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışaraq bütün aqrotexniki işləri vaxtında və keyfiyyətlə apararaq bol məhsul yetişdirmişlər.2018-ci ildə Biləsuvar pambıqçıları 22700 ton xam pambıq istehsal edərək tədarük məntəqələrinə təhvil vermişlər. Məhsulun becərilməsi və toplanması dövründə 16 minə yaxın insanın məşğulluğu təmin olunmuş, əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir. Bundan əlavə fermerlərə həm də toplanmış məhsula görə 2 milyon manatdan artıq subsidiya veriləcəkdir.
Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq aqroparkların yaradılması istiqamətində də tədbirlər uğurla həyata keçirilməkdədir.
Rayonumuzda yaradılmış “Yaşıl ada” Aqroparkında 2018-ci ildə 519.5 hektar sahədə pambıq, 5 hektar sahədə qarğıdalı və 70 hektar sahədə şəkər çuğunduru məhsulu əkilmiş, sahələrdən 647.5 ton pambıq, 30 ton qarğıdalı, 98.5 ton şəkər çuğunduru məhsulu toplanmışdır. Hazırda aqroparkda 460 hektar sahədə buğda və 1340 hektar sahədə arpa məhsulu əkilmişdir. Sahələrarası yolların işlək vəziyyətə gətirilməsi üçün “Aqropark” ərazisində 6-12-ci km-lərdə yolun torpaq yatağı və qum-çınqıl örtüyünün tikintisi başa çatdırılmışdır.
“Aqroinvestment GreenFirm”MMC və “RULEX” MMC aqroparklarında 2018-ci ildə sahələrin əkinə hazırlığı ilə bağlı meliorativ işlər aparılmış, lazımi maddi-texniki bazanın yaradılması istiqamətində tədbirlər həyata keçirilmişdir. “Aqroinvestment GreenFirm”MMC-də 2018-ci ildə 181 hektar buğda və 1306 hektar arpa, “RULEX” MMC tərəfindən isə 100 hektar buğda və 600 hektar arpa əkilmişdir.
Rayonumuzda pambıqçılığın inkişafı ilə yanaşı kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində olmuş və hesabat dövründə bu sahələrdə də müvafiq işlər aparılmışdır.
2018-ci ildə sahələrdən 45328 ton buğda, 37469 ton arpa, 46175 ton tərəvəz, 1612 ton bostan, 6994 ton kartof, 24723 ton şəkər çuğunduru, 1080 ton günəbaxan, 2263 ton qarğıdalı məhsulu toplanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3657 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"nın icrasına uyğun olaraq Biləsuvar rayonu üçün heç də ənənəvi sahə olmayan çəltikçiliyə böyük önəm verilmiş və bu sahə üzrə müvafiq tədbirlər görülərək müsbət nəticələr əldə edilmişdir. Belə ki, hesabat dövründə 700 hektar sahədə çəltik əkilmiş və 998 ton məhsul əldə olunmuşdur.
Ötən ildə rayon üzrə iribuynuzlu mal-qaranın sayı 40.3 min başa, xırdabuynuzlu mal-qaranın sayı 141 min başa çatdırılmışdır Rayonun daxilindən keçən Ələt-Astara mağistral avtomobil yolunda 643,3 min manatlıq, Biləsuvar-İran sərhəddi avtomobil yolunda isə 181,7 min, ümumilikdə 825,0 min manatlıq yol təmiri işləri aparılmışdır.
2018-ci ildə rayonda abadlıq-quruculuq sahəsində də işlər davam etdirilmişdir.Belə ki, rayonun Xırmandalı kəndində 40 yerlik uşaq bağçasının, Muğan kəndində isə 80 yerlik modul tipli ümumi məktəb binasının tikintisi başa çatdırılmış,şəhərin Ü.Hacıbəyov küçəsində 1 ədəd 4 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirlmişdir.
Rayonun Əsgərabad bələdiyyəsi tərəfindən ayrılmış 4,0 ha torpaq sahəsində gücü 4000,0 ton olan pambıq tədarükü məntəqəsinin tikintisi başa çatdırılmış, pambıq emalı müəssisəsinin tikintisi üçün əlavə 6,0 ha torpaq sahəsi ayrılmış və layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılmasına icazə verilmişdir. Cari il ərazində şəhərin Heydər Əliyev küçəsindəki parkda abadlıq işləri aparılmış.
“Biləsuvar şəhərinin su təchzatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2017-ci il tarixli 3202 nömrəli Sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon manat vəsait ayrılmışdır və hal-hazırda şəhər ərazisində kanalizasiya sisteminin tikintisində son tamamlama işləri aparılır.
Kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış 14 küçədə ümumilikdə 10,1 km uzunluğunda asfaltbeton örtük tikilmiş, 2 küçədə isə 830 kvm. sahədə asfaltbeton örtüyünün təmiri işləri aparılmışdır.
2019-cu ildə şəhərin və kəndlərimizin genişlənən hissələrində qazlaşmanı həyata keçirmək üçün layihə-smeta sənədləri hazırlanmış və yaxın vaxtlarda həyata keçiriləcəkdir. Qazla bağlı vətəndaşların əsas şikayətləri qazın fasilələrlə verilməsi və təzyiqin aşağı olmasıdır. Rayonun yeni salınmış yaşayış massivlərində qaz xətlərinin olmaması bu ərazilərdə yaşayan insanların narazılığına gətirib çıxarırdı. Ötən il bu sahədə işlərin davam etdirilməsi üçün rayonun qazlaşmamış bütün yeni yaşayış massivləri barədə məlumatlar toplanaraq Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına təqdim edilmiş və Azəriqaz Açıq Səhmdar Cəmiyyəti qarşısında məsələ qaldırılmışdır. Sevindirici haldır ki, ilkin olaraq Xırmandalı kəndinin yeni məhəllələrində yaxın gələcəkdə qaz xətlərinin çəkilişinə başlanılacaqdır.
2018-ci ildə Rayonun elektrik təsərrüfatında təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Əsgərabad, Xırmandalı, Ağayrı və Bəydili, Zəhmətabad, Aşağı Cürəli və Səmədabad kəndlərində köhnə eketrik transformatorları yenisi ilə əvəz edilmişdır.Əsgərabad,Xırmandalı, Bəydili və Əliabad kəndlərində ümumilikdə 400 ədəd metal dayaq quraşdırılmış, 10 km SİP kabel çəkilmişdir. Bəydili və Xırmandalı kəndlərində 300 ədəd Smart tipli sayğaclar quraşdırılmışdır. Ümumilikdə rayon üzrə 543 ədəd yeni beton və metal dayaqlar quraşdırılmış 18.1 km SİP kabel çəkilmiş, 73 ədəd transformator cari təmir olumuşdur.2019-cu ildə şəhər mərkəzinin tam kabelləşdirilməsi işləri başa çatdırılacaqdır.
2018-ci ildə digər sahələrlə yanaşı rayonumuzda təhsil, səhiyyə, mədəniyyət sahələrində də müsbət irəliləyişlər olmuş, ictimai-siyasi və dini vəziyyət nəzarətdə saxlanılmış, gənclərlə işin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılmışdır.
Son illər rayonumuzda yeni məktəb binalarının tikintisi diqqət mərkəzində saxlanılmış, 7 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Rayonun ümumtəhsil müəssisələrinin müasir informasiya- kommunukasiya texnologiyaları ilə təminatı yaxşılaşdırılmışdır.
Ötən ilin məzunlarının 274 nəfəri ali, 179 nəfər, orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Onladan 72 nəfəri 500-dən, 30 nəfəri 600-dən çox bal toplamağa müvəffəq olmuşdur.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Rayonumuzda əhalinin sayının durmadan artması, bu sahə üzrə xidmət səviyyəsinin də yüksəlməsini son dərəcə zəruri edir. Son illər respublikamızda olduğu kimi, rayonumuzda da səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.
Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq 134 çarpayılıq rayon Mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi əhaliyə göstərilən səhiyyə xidmətinin yüksəlməsinə səbəb olmuşdur. Mərkəzi Xəstəxananın bütün zəruri avadanlıqlarla təchiz olunması, yeni şöbələrin fəaliyyətə başlaması bu səhiyyə müəssisəsinə müraciət edən sakinlərin müalicəsində də mühüm rol oynayır. Nəticədə indi bir çox xəstələrin müayinə və müalicə üçün mərkəzə və digər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməsinə ehtiyac qalmır.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlara uyğun olaraq rayonumuzda da ötən il əhalinin pulsuz tibbi müayinədən keçirilməsi mütəşəkkil şəkildə təşkil olunmuşdur. Belə ki, fevral ayının15-dən may ayının 15-nədək keçirilən bu tibbi müayinədə rayonumuzun 62 546 nəfər əhalisi tibbi müayinədən keçirilmiş, səhhətində problem aşkar olunmuş 4641 nəfər ambulator, 170 nəfər stasionar müalicəyə cəlb olunmuş, 57 nəfərin ixtisaslaşdırılmış səhiyyə ocaqlarına göndərilməsi təmin edilmişdir. Artıq bu il üçün də fevral ayının 11-dən əhalinin tibbi müyinədən keçirilməsinə başlanmışdır.Bu barədə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı imzalanmış, tədbirlər planı təsdiq edilmişdir.Hazırda əhalinin tibbi müyinəsi davam edir
Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yekunlarına həsr olunmuş konfransdakı niqtindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin geniş tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planında rayonun yeni salınmış yaşayış massivlərinin qazlaşdırılmasının başa çatdırılması, rayonun elektrik təsərrüfatının yenidən qurulması, yeni salınmış məhəllələrin tam elektrikləşdirilməsi, şəhərdaxili, kənddaxili və kəndlərarası yolların təmiri və tikintisi, Sənaye məhəllələrinin yaradılması məqsədi ilə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Bundan əlavə əkin torpaqlarının şoranlaşmasının qarşısının alınması məqsədi ilə melorativ tədbirlərin həyata keçirilməsi, həmçinin suvarılmayan torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması, pivot sistemlərinin qurulması və genişləndirilməsi, pambıqçılığın inkişafının dəstəklənməsi, bu istiqamətdə əlavə işlərin görülməsi, rayonda taxılçılığın, tərəvəzçiliyin, heyvandarlığın inkişafının dəstəklənməsi, ailə fermer təsərrüfatlarının yaradılması, yerli turizmin inkişafı və digər məsələlər tədbirlər planında öz əksini tapmışdır.
Cənab Prezident tərəfindən növbəti beş il üçün dövlət proqramının hazırlanması barədə verdiyi tapşırıq isə bir daha göstərir ki, regionlarımız bundan sonra da abadlaşacaq, sosial infrastruktun yenilənməsi daim diqqət mərkəzində olacaq, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni-yeni iş yerlərinin yaradılması qarşıda duran əsas vəzifələrdən olacaqdIr.
Hesabat iclasında Biləsuvar rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, Rayon Enerji Təchizatı və Satışı idarəsinin rəisi Gündüz Cəfərov,rayon Suvarma Sistemləri idarəsinin rəisi Ədalət Babayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.
Hesabat yığıncağında Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Dəyanət Abdullayev çıхış еdərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rеspublikаmızda ötən 2018-ci ildə görülən işlər barədə ətraflı məlumat verdilər, cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkəmizin inkişafı ilə bağlı 2019-cu ildə qarşıya qoyulan hədəfləri açıqladılar.