Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ismətli kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi
13 fevral 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının İsmətli kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
İsmətli kəndində 634 təsərrüfatda 3994 nəfər əhali yaşayır.Kəndin ümumi torpağ fondu 2334 hektardır.
Kənddə tam orta məktəb, tibb məntəqəsi, klub, kitabxana, poçt şöbəsi, rabitə qovşağı və digər sosial obyektlər fəaliyyət göstərir.
Görüşdə İsmətli kənd İcra nümayəndəsi Mübariz Mürsəlov çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə kənddə 640 yerlik məktəb inşa olunmuş, uzunluğu 2 kilometr olan kəndin mərkəzi yolu asfaltlaşdırılmışdır.Həmçinin regionların sosial-iqtisadi inkişafına uyğun olaraq kənddaxili küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorları əksəriyyəti müəyyən olunmuş qrafikə uyğun olaraq lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
2019-cu il məhsulu üçün 2018-ci ilin payızında 192 hektar sahədə buğda, 386 hektar sahədə arpa əkilmişdir.2018-ci ildə İsmətli kəndində 330 hektar sahədə pambıq məhsulu əkilmiş və 482 tondan yaxın məhsul əldə olunmuşdur. Mövsüm ərzində 400 nəfərdən çox kənd əhalisinin məşğulluğu təmin olunmuş və 350 min manata yaxın vəsait əldə olunmuşdur.Bu il kənddə 220 hektar sahədə pambıq əkilərək müvafiq aqrotexniki qulluq göstərilir.Əhali əsasən əkinçiliklə yanaşı heyvandarlıqla da məşğuldur.
Mübariz Mürsəlov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirərək, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Rayonda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq yüksək sürətlə inkişaf edir.Bu sahədən milyonlarla manat gəlir əldə olunur.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev İsmətli kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.