Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İsmətli kəndində 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

23 yanvar 2014 | 16:00

22 yanvar 2014-cü il tarixdə Biləsuvar rayon İsmətli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.Kənd İcra nümayəndəsi Mübariz Mürsəlov hesabat verərək ötən il ərzində görülmüş işlərdən danışaraq bildirdi ki, hesabat ilində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq kənd tam qazlaşdırılmış və 530 abonentə qaz verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 avqust 2013-cü il tarixli Sərəncamı ilə on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi işlərinə başalnılmış və yolun İsmətli kəndindən keçən 2,5 kilometr hissəsində də sürətli tikinti işlər aparılır.Ölkə rəhbərinin əhaliyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki bu gün kəndimizdə 640 şagird yerlik ən müasir avadanlıqlarla təchiz edilmiş məktəb tikilmişdir.Bundan əlavə kənddə 21 km suvarma kanalları çəkilmiş, küçədaxili 3 körpü salınmış, 850 metr içməli su arxı lildən təmizlənmiş, həkim ambulatoriyası təmir edilmiş, yeni yaşayış massivlərində daxili yollar qum-çınqılla təmir olunmuşdur.Mürsəlov bildirdi ki, əhalinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır, vətəndaşların hər bir müraciətinə cavab verilir və bununla bağlı qarşıya çıxan hər bir problemlərimiz rayon İcra Hakimiyyəti tərəfindən həll edilir.
      Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab ilham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
     Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın bu günkü hərtərəfli inkişafından danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və birbaşa köməkliyi sayəsində hər yerdə olduğu kimi rayonumuzda  o, cümlədən kəndlərimizdə abadlıq- quruculuq işləri həyata keçirilir. O,qeyd etdi ki, sənaye və kənd təsərrüfatı ilə bağlı yeni layihələrin həyata keçirilməsi nəticəsində yüksək sosial-iqtisadi inkişafa nail olmuşuq. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.Kəndlərdə kənddaxili yollar  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə heç bir kəndimizdə insanları narahat edən problemlər olmayacaq. Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər