Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.

06 fevral 2019 | 16:00

06 fevral 2019-cu il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Dərvişli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 368 təsərrüfat, 1758 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə  tam orta məktəb,  kitabxana, klub , poçt şöbəsi və  “Modul” tipli sudurulducü qurğu fəaliyyət göstərir.
Tədbirdə əvvəlcə Dərvişli kənd İcra nümayəndəsi Sakit Şərbətov çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı.Bildirdi ki, 2018-ci ildə vətəndaşlardan 4 yazılı, 47 şifahi müraciət daxil olmuşdur. Əhalinin  sosial  problemlərinin  həlli  daim  diqqət  mərkəzində  saxlanılaraq, vətəndaşların   hər  bir  müraciəti  araşdırılaraq  icrası  təmin  edilmişdir. Əhalinin  əsas  məşğuliyyəti  olan  aqrar  sahənin  inkişafı  inzibati  ərazi  dairəsinin  daimi  diqqət   mərkəzində  saxlanılır.Əkinçiliyin  və  heyvandarlığın  inkişafına  ildən-ilə  daha  çox  diqqət  yetrilir.
Kənddə 1309,00 hektar torpaq xüsusi mülkiyyətdədir.Bundan başqa bələdiyyənin 126,49 hektar əkin torpağı,  17,74 hektar perspektiv  inkişaf və 187,87 hektar örüş sahəsi vardır.
Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq son  illər  kənd  ərazisi  tam  qazlaşdırılmış, mərkəzi  magistral  yollar  yenidən  tikilərək  asfalt  örtük  çəkilmişdir.”Modul”  tipli  su  durulducu qurğu  quraşdırılmışdır. Əhali  fasiləsiz  olaraq  elektirik  enerjisi  və   təbii  qazla  təmin  olunur. Son illər əhaliyə göstərilən xidmətlərin səviyyəsi xeyli yaxşılaşmışdır.Kənddə bütün yaşayış evləri elektrik və qaz sayğacları ilə təmin edilmişdir.2018-ci  ildə  elektirik  təhcizatını  yaxşılaşdırmaq  məqsədi  ilə  kənd  ərazisinə  bir  ədəd  yeni  400 kv elektirik  transfarmatoru  qoyulmüş, bir  ədəd  elektirik  transfarmatoru  təmir  olunmuş, 9  ədəd  elektirik  dirəyi  yenisi  ilə  əvəz  olunmuşdur.
S.Şərbətov ölkə Prezidenti  cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Sonra Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Dərvişli kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün “Modul” tipli sudurulducu qurğu tikilmişdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Xüsusilə rayonumuzda aqrar sahənin inkişafının nəticəsidir ki, kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraitlərini daha da yaxşılaşdırırlar.Son illər pambıqçılığda qazandığımız uğurlarda Dəvrişli camaatının da payı vardır.Görülən bu işlərin nəticəsidir ki, bu gün  əhalimizin rahat və  firavan yaşayışı təmin olunmuşdur.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli kənd əhalisini narahat edən  problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər