Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 2 fevral Gənclər Günü təntənə ilə qeyd edildi.

31 yanvar 2019 | 16:00

31 yanvar 2019-cu il tarixdə   Biləsuvar rayon Gənclər  Evində   2 fevral Azərbaycan Gəncləri gününə həsr olunmuş umumrayon toplantısı   keçirildi.
Tədbirdə  Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Xanlar Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  nümayəndələri  və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən bir qrup əsgər və zabitlər iştirak etdi.
 İlk öncə tədbir iştirakçıları  ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər-çiçək dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov 2 Fevral Gənclər Günü münasibətilə gəncləri təbrik etdi və bildirdi ki, 23  ildir   2 Fevral tarixi  respublikamızda   Gənclər günü kimi qeyd edilir. Tarixi ümumilli lider Heydər Əliyevin Azərbaycan gəncləri ilə genişmiqyaslı taleyüklü görüşündən – Gənclərin I Forumundan başlayan bu gün ölkəmizdə gənclərə göstərilən diqqətin əyani sübutudur. Ümumilli lider Heydər Əliyev gənclər gününü Azərbaycan tarixinə yazmaqla həmişəlik gənclərin ölkə həyatında vacib rolunu,   vətənimizin inkişafında gənc nəslin xüsusi yerini müəyyənləşdirdi.
 Bu gün də, zamanın yeniləşən çağırışlarına uyğun olaraq, Azərbaycan Rerspublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti nəticəsində, dövlət  gənclər siyasəti inkişaf edir, məzmunca zənginləşir, intensivləşir. Azərbaycan gənclərinin iştirakı ilə hazırlanmış sayca 3-cü “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”   Dövlət  Proqramı çərçivəsində bir sıra xüsusi əhəmiyyət kəsb edən, taleyüklü  işlər həyata keçirilir. Bu gün fəxrlə deyə bilərik ki, respublikamızda əldə olunan naliyyətlərə biləsuvarlı gənclər də  daim öz töhfələrini verirlər.100 mindən artıq rayon əhalisinin 28 min nəfərini təşkil edən gənclərimiz  ötən  2018-ci  ili uğurla başa vurmuşdur. Belə ki, Dövlət Proqramından irəli gələn vəzifələrin gənclərdə vətənpərvərlik tərbiyəsinin,  milli-mənəvi  dəyərlərimizə hörmət hissinin aşılanması, isredadlı və yaradıcı gənclərin üzə çıxarılması, sağlam həyat tərzinin təbliqi, xüsusən gənclərimizin zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdır. O cümlədən gənclərimizin xaricdən bizi istəməyən qüvvələrin yad təsirlərindən, dini radikalizmdən, müstəqilliyimizin əleyhinə aparılan kampaniyalardan qorunması da bizim ən vacib vəzifələrimizdən olmuşdur.    
        Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov gəncləri 2 fevral Azərbaycan gəncləri günü münasibətilə təbrik edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırki gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırdı.  Öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını qeyd edərək,  gənclərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzuladı.
 “N” saylı hərbi hissənin komandiri Kəramət Zeynalov  çıxışında tədbirə dəvətə görə təşəkkürünü bildirərək, hərbi hissə adından “Cəmiyyətdə  vətənpərvərlik hisslərinin aşılanmasına və vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə, hərbi xidmətə sevginin təbliğinə və hərbi qulluqçulara göstərdiyi mənəvi dəstəyinə görə” Biləsuvar rayon  İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırova Fəxri Fərman təqdim etdi.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanan gənclər   fəxri fərmanla və qiymətli hədiyyələrlə  təltif edildilər. 
Sonra tədbir musiqili proqramla davam etdirildi.

Keçidlər