Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.

29 yanvar 2019 | 16:00

28 yanvar 2019-cu  il tarixdə Biləsuvar  rayon  İcra  Hakimiyyəti  Başçısının  Dərvişli  kənd inzibati   ərazi  dairəsi üzrə nümayəndəliyində 2018-ci  ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Yığıncaqda Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova,Dəvrişli kəndində fəaliyyət göstərən dövlət və özəl müəssisələrin nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdilər.
Hesabat yığıncağında  kənd İcra nümayəndəsi Sakit Şərbətov məruzə edərək  ötən il ərzində görülmüş işlər barədə ətraflı məlumat verdi.O, bildirdi ki,  nümayəndəlik  2018-cı  ildə də öz  fəaliyyətini  “Yerli  İcra  Hakimiyyətləri  haqqında “yeni  Əsasnaməyə   uyğun  olaraq  qurmuşdur.
   Dərvişli  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəlikdə 355 təsərrüfatda   1697 nəfər əhali  yaşayır.Əhalinin  əsas  məşğuliyyəti  əkinçilik  və  heyvandarlıqdır.  
  Nümayəndəlik  ərazisində  Dərvişli  bələdiyyəsi, Dərvişli  kənd  tam  orta  məktəbi, kənd  klubu  və  kitabxana , poct  şöbəsi, bir  məscid  fəaliyyət  gostərir.Kənd  əhalisinə  həmin  sahələr  üzrə  nümunəvi  xidmət  gostərilməsi  daim  diqqət  mərkəzində  saxlanılır.Nümayəndəlikdə ərazidə fəaliyyət göstərən müəssə  və  təşkilatların rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilir. 2018-ci ildə vətəndaşlardan 4 yazılı, 47 şifahi müraciət daxil olmuşdurƏhalinin  sosial  problemlərinin  həlli  daim  diqqət  mərkəzində  saxlanılaraq, vətəndaşların   hər  bir  müraciəti  araşdırılaraq  icrası  təmin  edilmişdir.Vətəndaşların  müraciətlərinin  həlli  istiqamətində qarşıya  çıxan  problemlərimiz  rayon  İcra  Hakimiyyətinin  yaxından  köməkliyi  ilə  həll  edilmişdir.    İdarə və təşkilatlardan 29   məktub daxil olmuş  və aidiyyatı üzrə icra edilmişdir.
2018-cı ildə nümayəndəlikdə  26  doğum, 1 ölüm, 13 nigah aktı qeydləri aparılmışdır. 4 halda nigah akt qeydi təntənəli şəkildə qeyd edilmişdir.
Əhalinin  əsas  məşğuliyyəti  olan  aqrar  sahənin  inkişafı  inzibati  ərazi  dairəsinin  daimi  diqqət  mərkəzində  saxlanılır.Əkinçiliyin  və  heyvandarlığın  inkişafına  ildən-ilə  daha  çox  diqqət  yetrilir.
Kənddə 1309,00 hektar torpaq xüsusi mülkiyyətdədir.Bundan başqa bələdiyyənin 126,49 hektar əkin torpağı,  17,74 hektar perspektiv  inkişaf və 187,87 hektar örüş sahəsi vardır.Kənd  əhalisi  tərəfindən  Dovlət ehtiyat  torpaqlarından  icarə  əsasında  50  hektar əkin  sahəsi  gotürülüb  istifadə  edilir.
         2018-cı ildə buğda üzrə məhsuldarlıq 28,2 sentner olaraq 980,00 hektardan 27636 sentner olmuşdur. Bundan başqa 4769 sentner arpa,408 sentner günəbaxan, 2006,04 sentner  pambıq, 9428 sentner bostan-tərəvəz ,  208 sentner kartof, qarğıdalı 21 sentener, paxlalı bitkilər 392 sentener istehsal edilmişdir.Bundan  başqa 33,69 hektar üzüm, 4,98 hektar  meyvə bağları salınmışdır.Şəxsi təsərrufatlarda  iri buynuzlu  mal-qaranın  sayı 967 başa, xırda buynuzluların sayı 1812 başa, quşların sayı 6034 başa, atlarin sayı 69 başa çatdırılmışdır. 2018-cı ilin payızında 910  hektar buğda və 190 hektar arpa əkilmişdir.
  2018-ci təsərrüfat  ildə  97,45  hektar  sahədə  kənd  mülkiyyətçiləri  tərəfindən  pambıq  əkilmişdir. Artıq 2019-cu  təsərrüfat  ili  üçün  pambıq müqavilələri  bağlanır. Hal-hazıra  qədər  220 hektar pambıq  əkini  üçün  müqavilələrə bağlanıb.
Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq son  illər  kənd  ərazisi  tam  qazlaşdırılmış, mərkəzi  magistral  yollar  yenidən  tikilərək  asfalt  örtük  çəkilmişdir.”Modul”  tipli  su  durulducu  qurğu  quraşdırılmışdır. Əhali  fasiləsiz  olaraq  elektirik  enerjisi  və   təbii  qazla  təmin  olunur. Son illər əhaliyə göstərilən xidmətlərin səviyyəsi xeyli yaxşılaşmışdır.Kənddə bütün yaşayış evləri elektrik və qaz sayğacları ilə təmin edilmişdir. 2018-ci  ildə  elektirik  təhcizatını  yaxşılaşdırmaq  məqsədi  ilə  kənd  ərazisinə  bir  ədəd  yeni  400 kv elektirik  transfarmatoru  qoyulmüş, bir  ədəd  elektirik  transfarmatoru  təmir  olunmuş, 9  ədəd  elektirik  dirəyi  yenisi  ilə  əvəz  olunmuşdur.         
Sonda kənd icra nümayəndəsi S.Şərbətov qeyd etdi ki,   bundan  sonra  da əzmlə çalışaraq əhalinin problemlərinin həlli və kəndin sosial məsələlərinin yaxşılaşdırılması istiqamətində var gücümüzlə çalışacayıq.

Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova  çıxış edərək bildirdi ki, respublikamızda aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki,məhz bu gün ölkəmizin hər bir bölgəsində, o cümlədən rayonumuzda da abadlıq-quruculuq işləri görülür, yeni-yeni sosialyönümlü obyektlər inşa olunur,əhalinin maddi-rifah halının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. L.Yüzbaşova  hesabat yığıncağında əhalinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədilə aidiyyəti təşkilatlar qarşısında məsələlərin qaldırılacağını bildirdi.

Keçidlər