Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

24 yanvar 2019 | 16:00

            24 yanvar 2019-cu il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının  icrası ilə əlaqədar olaraq “Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
          Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Elsevər Həsənov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov,  Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov,     Məşğulluq Mərkəzinin direktoru  Əvəz  Əliyev,  Peşə Liseyinin direktoru Rabil Şahbazov və 250 nəfərdən çox gənc iştirak etdi.
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək  tədbirin  gənclər üçün peşə seçimində  doğru yolla irəliləməkdə  xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi və bildirdi ki,   peşəyönümü məsləhətləri gənclərin meyl və maraqlarını müəyyən etmək, habelə mövcud əmək bazarının vəziyyəti barədə onlarda aydın təsəvvür yaratmaq məqsədi ilə həyata keçirilir.
         Digər çıxış edənlər Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Elsevər Həsənov, Təhsil Şöbəsinin müdir müavini  Əlisafa Qəmbərov,   Məşğulluq Mərkəzinin direktoru  Əvəz Əliyev,  Peşə Liseyinin direktoru Rabil Şahbazov gənclərin peşə seçməyə hazırlanmasında,  onların maraq və meyllərinin müəyyənləşdirilməsində əmək bazarının tələbatını nəzərə almağın böyük əhəmiyyət daşıdığını qeyd etdilər,  gənclərə  peşəyönümü işinin mühüm cəhətləri, düzgün peşə seçimi zamanı hansı amillərə daha çox diqqət yetirmək lazım olduğu, əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar barədə ətraflı məlumat verildi,  gəncləri maraqlandıran suallara aydınlıq gətirildi.
        Tədbirdə Biləsuvar Peşə Liseyinin direktoru Rabil Şahbazov   “Gənclərin peşə təhsilinə cəlb olunmasında və peşəyə yiyələnməsində göstərdiyi səmərəli fəaliyyətinə görə”  Biləsuvar rayon Gənclər və İdman İdarəsinin “Fəxri Fərmanı” ilə təltif olundu.  

Keçidlər