Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.

20 yanvar 2019 | 16:00

20 yanvar 2019-cu il tarixdə  Biləsuvar rayon Mərkəzi parkında  20 yanvar şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında anım tədbiri keçirildi .
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları və rayon ictimaiyyəti iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verdi.
Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban verən şəhidlərin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir.Mərasimdə iştirak edən rayon ictimaiyyəti  şəhidlərimizin  xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.

 

 

Keçidlər