Biləsuvar rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən yanvar ayının 15-dən başlayaraq rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda, ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.Yekun olaraq 20 yanvar 2014-cü il tarixdə şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında ümumrayon tədbiri keçirilmiş və mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətini Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları və rayon ictimaiyyəti iştirak etmişdir.Hadisələrə qiymət verilərək 1990-cı ilin yanvar faciəsində xalqımızın başına gətirilən müsibətlərdən danışılmış və hadisənin baş verməsinin əsl səbəbləri barədə məlumat vermişdir.Bildirilmişdir ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Ulu Öndər müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki, dünya ölkələri 20 Yanvar hadisələrinə siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı bir hadisə kimi tanınsın.
Tədbirdə qeyd olunmuşdur ki, bu gün ölkəmizin sürətli inkişafı və ordumuzun güclənməsi bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də uzaqda deyil.