Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbiri keçirildi.

27 dekabr 2018 | 16:00

27 dekabr 2018-ci il tarixdə   Biləsuvar  rayonundakı Heydər Əliyev Parkında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə tədbiri keçirildi.
Tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların,  ümumtəhsil müəssisələrinin, uşaq bağçaların kollektivləri və rayon əhalisi iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə  çıxış edərək  2018-ci ildə  rayonumuzun və ümumilikdə respublikamızın mədəni həyatında baş verən hadisələr barədə danışaraq, aparılan geniş sosial-iqtisadi inkişaf, görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verdi.
M.Quliyev vurğuladı ki, bu inkişaf  Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı  rayon əhalisini 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.
Tədbirdə   rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər səsləndirildi.

Keçidlər