Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun məktəbəqədər tərbiyə müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il tədbirləri keçirilir.

24 dekabr 2018 | 16:00

22 dekabr 2018-ci il tarixdən başlayaraq Biləsuvar rayonunun uşaq bağçalarında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il bayramlarına həsr olunmuş tədbirlər keçirilir.
Tədbirlərdə Biləsuvar rayon  İcra  Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova, məktəbəqədər  tərbiyə  müəssisələrinin rəhbərləri, bağçaların kollektivi və  valideynlər  iştirak  edirlər.
Biləsuvar rayon  İcra  Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova tədbirlərdə çıxış  edərək  qarşıdan gələn 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə bağçaların kollektivlərini təbrik edərək və xoş arzularını bildirdi.
L.Yüzbaşova  qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər tərbiyə müəssisələrinə göstərilən xüsusi qayğının nəticəsidir ki, bu gün rayonumuzda  ən müasir tələblərə cavab verən bağçalar tikilərək istifadəyə verilmişdir. Bu bağçalarda uşaqlarin istirahəti və təhsili üçün hər cür şərait yaradılmışdır.
Tədbirdə uşaqlar tərəfindən ifa olunan müxtəlif səpkili səhnəciklər, şer və mahnılar maraqla qarşılandı.

 

Keçidlər