Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Azərbaycan xalqının mədəni irsi” layihəsi çərçivəsində tədbir keçirildi.

21 dekabr 2018 | 16:00

21 dekab 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin və Biləsuvar şəhər “İmam Zaman” məscidi dini icmasının birgə təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Biləsuvar rayon Peşə Liseyində “Azərbaycan xalqının mədəni irsi” layihəsi çərçivəsində “Azərbaycan mədəniyyəti inkişaf yollarında” adlı  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Biləsuvar  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı  Kamil Qurbanlı, Liseyin direktoru Rabil Şahbazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Səlim Qəni, DQİDK-nin Şirvan bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, DQİDK-nin Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Taleh Nuruyev, Biləsuvar şəhər “İmam Zaman” məscidi dini icmasının sədri Loğman Mehdiyev, liseyin müəllim və şagird kollektivi  iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Liseyin direktoru Rabil Şahbazov bildirib ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Biləsuvar  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı  Kamil Qurbanlı  mənəvi dəyərlərin təbliği ilə bağlı dövlət əhəmiyyətli tədbirlərin önəmindən söz açıb. O keçirilən tədbirlərin mahiyyətindən danışaraq dövlət-din münasibətləri haqqında geniş məlumat verib. Ölkəmizdə  milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində görülən çoxşaxəli tədbirlər nəticəsində respublikada dini  sabitliyin təmin edildiyini və bu sahədə  inkişafın böyük uğurla həyata keçirildiyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin şöbəsinin məsləhətçisi Səlim Qəni  mövzu ətrafında çıxış edərək bildirib ki, bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: "Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, imilli-mənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır".Ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə hələ sovet dönəmində Azərbaycan SSR-in Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili statusu təsbit olunmuş, Novruz bayramı daha geniş şəkildə təbliğ edilmişdir.
Şirvan bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Sənan Xəlilov  vurğulayıb ki, Ulu babalarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, onlar respublikamızın ərazilərində yetərincə qeydə alınmışdır. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, inkişafının bariz sübutudur. Maraqlıdır ki, Azərbaycan ərazilərində belə abidələrin sayı həddən artıq çox olub və onların yaşı əsrlərlə hesablanır. Ona görə də ölkəmizə səfər edən Avropa səyyahları Azərbaycanın tarixi mədəni abidələrinə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər.
Daha sonra DQİDK-nin sifarişi ilə ərsəyə gəlmiş “Üfüqdəki gələcək” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib.
Mövzu ilə bağlı tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb

Keçidlər