Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi.
19 dekabr 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etdi.
Nəsimi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1057 təsərrüfat, 4430 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə tam orta məktəb, həkim ambulatoriyası, kitabxana, mədəniyyət evi, poçt şöbəsi fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Nəsimi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuş, şor kollektorları lildən təmizlənmişdir..Nəsimi kəndi hazırda fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Tədbirdə Nəsimi kənd İcra nümayəndəsi ilham Dövlətli çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Çıxış edən kənd sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdilər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, sahibkarlığın inkişafı dəstəklənir, yeni istehsal və emal müəssisələri yaradılır və nəticədə əhalinin fəaliyyəti üçün iş yerləri yaradılır. Nəsimi kəndində də ötən dövrdə bir çox quruculuq işləri aparılmışdır.Kəndə təbii qaz çəkilmiş, kəndin yeni yaşayış massivlərindəki yollar təmir olunmuş, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılaraq yeni infrastruktur layihələr həyata keçirilmişdir.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, son illər rayonumuzda da aqrar sahə, xüsusilə pambıqçılıq sürətlə inkişaf etmiş və kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraiti daha da yaxşılaşmışdır.Bu gün hər bir kənd sakini ona məxsus torpaqları həvəslə əkir və öz məşğulluğunu və yaşayışını təmin edir.Bu sahədə dövlət öz vətəndaşına kifayət qədər yardımlar göstərir.Bu kömək bundan sonra da davam etdiriləcəkdir.Bütün bu inkişaf sonda əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət göstərir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nəsimi kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.