Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ümummilli lideri Heydər Əliyevin xatirəsi anıldı.

12 dekabr 2018 | 16:00

12 dekabr  2018-ci ildə Biləsuvar rayonundakı Heydər Əliyev Parkında Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on beşinci ildönümü qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etdi.
Ulu Öndərə olan məhəbbətlərini ifadə edən Biləsuvarlılar  Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər

Keçidlər