Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü keçirildi.

11 dekabr 2018 | 16:00


11 dekabr  2018-ci ildə Heydər Əliyev Mərkəzində Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini canlandıran fotoşəkillərə baxıldı.
Tədbiri  giriş  sözü  ilə  açan  rayon  İcra  Hakimiyyətinin  başçısı  Mahir Quliyev  Ulu  Öndərin  həyat  və  fəaliyyəti  haqqında  geniş  məruzə  etdi.
O, bildirdi ki, Azərbaycanın  çoxəsrlik  dövlətçilik  tarixində əbədi  yaşamaq  istəyən  sərkərdələr, fatehlər, hökmdarlar, dövlət  rəhbərləri,  ictimai-siyasi xadimlər  çox olmuşdur.Tarixdə əbədi qalmaq şərəfinə  nail olanların  sayı  isə  elə  də  çox olmamışdır.İnsanların şüuruna hakim  kəsilən  belə  şəxsiyyətlər,  adətən  zamanın fövqündə  durmuş,  sağlığında  milyonların qəlbinə köçmüşdür. Mənsub olduğu  millətin sevimlisinə,   əvəzedilməz  öndərinə  çevrilmiş  olan  belə  dahi  şəxsiyyətlərdən  biri də  Azərbaycan xalqının lideri  Heydər Əlirza oğlu Əliyev olmuşdur. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎
60-cı illərin  sonlarında keçmiş  SSRİ-nin əyalətlərindən  biri olan  Azərbaycanda  iqtisadiyyatda, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq  doğuran  tənəzzül  prosesləri  açıq  müşahidə edilirdi.Azərbaycanın  siyasi-iqtisadi həyatında  yaranmış tənəzzül xalqın  mənəvi-psixoloji  durumuna  mənfi  təsir  göstərmişdir. Milli  kadrların  hazırlanması,  milli  dilin  inkişaf etdirilməsi və istifadə olunması, dövlət  idarəetmə  strukturlarında  çalışan  məmurların  azərbaycanlaşdırılması yönündəheç bir  ciddi  addım  atılmırdı. Aydındır ki,bu milli şüura,milli düşüncəyə  və  mili  mentalitetə  xas olan  kadrların yetişməsinə əngəl yaradırdı.  Məhz Heydər Əliyevin Azərbaycanda  siyasi hakimiyyətə  gəlişi  bu baxımdan   mövcud olan   vəziyyəti aradan  qaldırdı. Onun  təşəbbüsü və  təkidi ilə   Azərbaycanın  o dövrdə - 1978-ci ildə  qəbul olunan konstitusiyasında  Azərbaycan dili dövlət dili  statusu  aldı. Uzunmüddətli inkişaf   strategiyası  hazırlayan   və zəngin idarəçilik  təcrübəsinə  malik Heydər Əliyev  ittifaqın  güclü iqtisadi  potensialından   səmərəli istifadə  edərək  Azərbaycanı qısa müddət ərzində  tərəqqi   yoluna  çıxartdı.  Azərbaycanda geniş  tikinti-quruculuq işləri  aparıldı. Saysız-hesabsız sənaye müəssisələri salındı.Respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsal sahələri yardıldı.İnsanların yaşayış səviyyəsi ildən-ilə yüksəldi.
Bu böyük şəxsiyyət Azərbaycanın  həmin dövr və uzaq   gələcəyi,   daha  doğrusu  müstəqillik  dövrü  üçün  zəruri  vəzifələri  peşəkarlıqla,  ustalıqla  yerinə  yetirir  və  inkişaf etdirirdi.
1982-1987-ci illərdə Heydər Əliyev  SSRİ kimi  nəhəng  dövlətin  rəhbərlərindən  biri,  Siyasi büronun  üzvü, SSRİ Nazirlər  Soveti sədrinin  birinci müavini  vəzifələrinə  yüksəlir.Xalqımızın   sədaqətli  oğlu  Azərbaycan müstəqillik savaşına qalxdığı günlərdə  səsini  onun  haqq  səsinə  qataraq  azərbaycanlılara  və Azərbaycanda qanlı cinayət törədənlərə   qarşı  qətiyyətlə mübarizə  aparmışdır. 1990-cı ilin  20 Yanvar  qırığınından hiddətlənərək  bu  qanlı  hadisəni  törədən   imperiyanın   paytaxtından  on minlərlə həmvətənimizin ön  sırasında  duran  Heydər  Əliyev əzmkarlığı,   qanlı  Bakı  faciəsinin günahkarlarını  lənətləyən gur səsi xalqımızın  azadlıq  mücadiləsində  daha  möhkəm  birləşəməsinə güclü  təkan  verdi.1993-cü ilin may-iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin,  başıpozuqluğun, xaosun kulminasiya nöqtəsinə  çatması  vəölkədə  vətəndaş müharibəsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi  yarandıqda,  xalq  təkidlə Heydər  Əliyevin  hakimiyyətə gətirilməsi  tələbi  ilə ayağa  qalxdı.Hər  şeydən  əvvəl  əmin-amanlığın, qanunçuluğun  bərpa  olunması, müstəqilliyin  qorunub  saxlanması  istiqamətində uğurlu addımlar  atıldı.
Azərbaycan  dövlətçiliyinin  mövcudluğuna  böyük  təhlükə  olan  1994-cü il  oktyabr  və  1995-ci il mart  dövlət  çevrilişi  cəhdlərinin  qarşısı  alındı. Azərbaycan dövlətçiliyi  qorunub  saxlanıldı, ölkədə  davamlı  sabitlik  təmin olundu.Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi.Heydər Əliyev Azərbaycan   xalqına  təkcə  suveren  dövlət,  möhkəmləndirilmiş  müstəqillik,  tərəqqi,  azadlıq  yox,   bunlara    bərabər   həm  də   gələcəyə   inam  və  gələcək   inkişaf   üçün  hazır  proqramı
əmanət  qoyub   getdi. O, dövlətçilik idieologiyasını işləyib hazırladı,   onu   həyata  keçirdi,  dövlətin  özünü  qurdu.  Azərbaycanda  unitar  dövlətçilik ənənələri  yaratdı.  Azərbaycan  dövlətinin  bütövlüyünü   qoruyub  saxlamağın  vacibliyi  fikrini  gələcək nəsillərə təlqin etdi.Bu gün Azərbaycan  xalqı bu  siyasi  kursun  davam  etdirilməsinin  tarixi  zərurət olduğuna  qəti  şəkildə  əmindir və Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyev  Ümummilli  lider Heydər  Əliyevin  başladığı, lakin  sona  çatdıra  bilmədiyi  işləri  çox  böyük  müdrikliklə, qətiyyətlə  həyata  keçirməkdədir.Cənab Prezident İlham Əliyev məhz  bu  həqiqətləri  qətiyyətlə  təsdiq  edərək  deyir:  “Xalqa,  millətə  xidmət   etmək, ölkəmizi  gücləndirmək, Azərbaycanın  müstəqilliyini  gücləndirmək  Heydər Əliyev siyasətinin  əsas  istiqamətləridir.  Biz  bu  siyasətə  sadiqik”.
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir, müstəqil Azərbaycan özünün şərəfli dövrünü yaşayır desək, yanılmarıq. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
M.Quliyev bildirdi ki, Heydər Əliyev təkcə  bir  insan  həyatının  müdriklik  zirvəsində   deyildi, o,  bütöv  bir  xalqın  tarixinin  yüksək  zirvəsindədir.  Bu  zirvədən  təkcə  bir  ömrün   yaşandığı illər  deyil,  bir  xalqın  dünəni,  bu günü,  sabahı  görünür.  Bu  gün müstəqil  Azərbaycan  dövlətinin  hər  bir  atributu  Heydər Əliyevin adı ilə, onun  iradəsi, istedadı,  əzmi, vətən  sevgisi,  yorulmaz  fəaliyyəti ilə  bağlıdır.  Qədirbilən  xalqımız  özünün əbədiyaşar  Prezidenti,  ümummilli liderimiz Heydər Əliyevin əziz  xatirəsini  daim uca  tutacaq, böyük Heydər Əliyev yolu  ilə  gedərək,  bu  yolun  layiqli  davamçısı, Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin   ətrafında   sıx   birləşərək,  bu   
ideyaların   gerçəkləşdirilməsində  qüvvə   və   səylərini əsirgəməycəklər. Azərbaycan  yaşadıqca, dünya  durduqca,  Azərbaycan insanına örnək olan,  Azərbaycanı  var  edən,  adı  Azərbaycana  güc   və  şərəf   verən  Ulu öndərimiz  Heydər Əliyev  yaşayacaqdır!
Respublikamızın bütün vətəndaşları kimi biz Biləsuvarlılar da qəlbən inanırıq ki, Heydər Əliyev dühası işığında doğma Azərbaycanımız hələ neçə-neçə zirvələr fəth edəcəkdir.
Tədbirdə çıxış edənlər Ulu  Öndərin həyat və fəaliyyətindən bəhs etdilər, onunla bağlı xatirələrini bölüşdülər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı rayonunun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.

Keçidlər