Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirildi.

01 dekabr 2018 | 16:00

30 noyabr 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirildi.Tədbirdə  rayon İcra Hakimiyyəti başçısının aparatının məsul işçiləri,əlil uşaqlar və bu sahədə çalışan aidiyyəti təşkilatlar iştirak etdilər.

Tədbir iştirakçıları  əlil uşaqların əl işlərindən ibarət sərgiyə baxdılar.
Çıxış edənlər  əlillərə göstərilən dövlər qayğısından danışaraq qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  diqqəti və qayğısının nəticəsidir ki, son illər bir çox müasir sosial reabilitasiya mərkəzləri inşa olunmuş, dövlət vəsaiti hesabına əlillərin xaricdə müalicəsi təmin edilir, onların mənzil şəraiti yaxşılaşdırılır, pensiya  və müavinətləri artırılır. Bu kateqoriyalı insanlar rayonumuzda da daim diqqət mərkəzində saxlanılır.Tədbirdə çıxış edənlər  əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Tədbir rayon incəsənət işçilərinin və əlil uşaqların hazırladıqları konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər