Biləsuvarda Aşıq Şəmşirin anadan olmasının 125 illik yubleyinə həsr olunmuş tədbir keçirildi
23 noyabr 2018-ci il tarixdə Biləsuvar Gənclər Evində Aşıq Şəmşirin anadan olmasının 125 illiyik yubleyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Dirili Qurbani” Saz-söz Məclisinin rəhbəri Taryel Abbaslı, “Dirili Qurbani” Saz-söz Məclisinin üzvü şairə Mətanət Ulu Şirvanlı, “Dirili Qurbani” Saz-söz Məclisinin üzvü, şair Əlövsət Saldaş Kəlbəcərli, Filologiya üzrə fəlsəfə doktoru Tahir Şirvanlı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov,Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq Dərya Mərcanzadə, aşıq Pərviz Laçınlı, Aşıq Əli Zeynalabdin Kəlbəcrli, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəis müavini Rəfiqə Cəfərova Aşıq Şəmşirinin həyat və yaradıcılığından danışdı. O bildirdi ki, Aşıq Şəmşir xalqımızın böyük söz sənətkarlarından biri olmaqla həmişə ürəklərdə yaşayır.Ölkə Prezidenti Cənab Əliyevin sərəncamı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubleyi ölkə miqyasında böyük təntənə ilə qeyd edilir. Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Aşıq Şəmşir yaradıcılığından, onun Azərbaycan aşıq poziyasının inkişafındakı rolundan danışdı.Bildirdi ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, rübai, qəzəl və müxəmməslərlə yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Aşıq Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm - əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrindən biridir. El sənətkarın yaradıcılığına, dövlət səviyyəsində də hər zaman yüksək qiymət verilib. Hələ 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olundu, 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verildi. Azərbaycanın müstəlillik illərində isə Ulu öndər Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 iilik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verildi və büstü ucaldıldı.Aşıq sənətinə bu ğün də dövlət səviyyəsində böyük diqqət yetirilir. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir. Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildən isə “Aşıq Şəmşir” mədəniyyət ocağı fəaliyyətə başladı. 2015-cı ildən “Aşıq Şəmşir” Mədəniyyət ocağı İctimai Birliyi isə UNESCO-da məsləhətçi statusu qazanmışdır.Möhtərəm Prezidentimiz İlham Əliyevin Aşıq Şəmşirin anadan olmasının 125 illik yubleyinin qeyd edilməsi barədə Sərəncamı milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə verilən yüksək qiymətin təzahürüdür.
Tədbirdə çıxış edənlər böyük saz-söz sənətkarı Aşıq Şəmşirin Azərbaycan aşıq poeziyası verdi töhvələrdən danışdılar.
Tədbirin el sənətkarlarının ifasında geniş konsert proqramı ilə davam etdirildi.