Biləsuvar rayonunda Ədliyyə orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
22 noyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda Ədliyyə orqanlarının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri iştirak etdi.
İştirakçılar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Ədliyyə orqanlarının yaranmasının 100 illiyi və ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzuladı.Ölkəmizdə ədliyyə orqanlarının fəaliyyəti və rolu barədə danışan M.Quliyev qeyd etdi ki, bu bayram Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan ədliyyəsinin şanlı bir tarixi vardır. Azərbaycan Respublikasının Ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzindədir. Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev ədliyyə işçilərinə çətin və şərəfli işlərində uğurlar arzuladı.
Çıxış edənlər peşə bayramları münasibətilə rayonun ədliyyə işçilərinə öz təbriklərini bildirdilər.
Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.R.Əliyev çıxışında əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs etdi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür olduğunu bildirdi.
Tədbirin sonunda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev Biləsuvar rayon İcra Hakimiyyəti adından Fəxri fərmanla təltif olunub.