Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Zəhmətabad kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir
21 noyabr 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Zəhmətabad kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Zəhmətabad inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 706 təsərrüfatda, 3918 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə tam orta məktəb, ümumi orta məktəb, müasir tələblərə cavab verən həkim ambulatoriyası, uşaq bağçası, kitabxana, poçtampt fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Zəhmətabad inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, kənddə 50 yerlik müasir uşaq bağçası və həkim ambulatoriyası tikilmiş, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Kənd təbii qazla və elektrik enerjisi ilə tam təmin olunur. Kənddə əhalini içməli su ilə təmin etmək məqsədilə “Modul” tipli sudurulducu qurğu quraşdırılaraq bulaqlar tikilmişdir.
Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir ki, bunuda nəticəsində sahibkarlığın inkişafı dəstəklənir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər, bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, firəvan yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. M.Quliyev Zəhmətabad kəndində də ötən dövrdə bir çox quruculuq işləri aparıldığını qeyd edərək bildirdi ki, digər kəndlərimiz kimi Zəhmətabad kəndində də yeni uşaq bağçası tikilib, qaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb, kəndin yeni yaşayış massivlərindəki yollara qum-çınqıl örtük qoyulur, şor kollektorları qazılır, yeni infrastruktur layihələr həyata keçirilir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Zəhmətabad kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.