Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çinarlı kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi.
14 noyabr 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çinarlı kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Çinarlı-Aranlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun iki kəndini əhatə etməklə 364 təsərrüfatda 1674 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 2950 hektardır.Nümayəndəlik üzrə tam orta məktəb, ümumi orta məktəb tibb məntəqəsi, kitabxana, 2 modul sudurulducu qurğu fəaliyyət göstərir.
Tədbirdə Çinarlı-Aranlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Habil İbayev çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışmış və bildirmişdir ki, regionların inkişafı çərçivəsində kəndimizdə də tikinti işlər görülmüş, 2 məktəb üçün yeni binalar inşa olunmuş, hər iki kənddə sudurulducu qurğu tikilmiş, ümumilikdə 6 km uzunluğunda olan mərkəzi küçələr yenidən əsaslı şəkildə təmir olunmuşdur.Əkin sahələrindəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur.
H.İbayev Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın hər bir bölgəsinə, o cümlədən Cinarlı və Aranlı kəndlərinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda da geniş abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir. Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev hər iki kəndin əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.