Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbirləri keçirilir.

28 dekabr 2013 | 16:00

27 dekabrdan  başlayaraq  Biləsuvar  rayonundakı Heydər Əliyev Parkında 31 dekabr-  Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbirləri keçirilir.Tədbirdə rayon əhalisi, idarə, müəssisə, təşkilatların,  ümumtəhsil müəssisələrinin  və bağçaların kollektivləri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə  çıxış edərək rayonumuzda və ümumilikdə respublikamızda aparılan geniş sosial-iqtisadi inkişafdan danışmış və görülən abadlıq və quruculuq işləri barədə məlumat vermişdir.M.Quliyev vurğulamışdır ki, bu inkişaf  Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir.Rayon İcra Hakimiyyətinin başçısı  rayon əhalisini 31 dekabr-  Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirmişdir.Tədbirdə körpə balalara şaxta baba və qar qızın yeni il hədiyyələri təqdim olunmuş, rayon mədəniyyət işçilərinin ifasında musiqilər səslənmişdir. Rayonda yeni il tədbirləri mütəmadi olaraq dekabr ayının sonunadək hər gün keçirləcək və yeni il hədiyyələri paylanılacaqdır.

Keçidlər