Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda "Uşaq hüquqları aylığı" çərçivəsində “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirildi.

06 noyabr 2018 | 16:00

06 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə respublikamızda həyata keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində  Biləsuvar rayonunun məktəbəqədər tərbiyə müəssisələrində “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, məktəbəqədər tərbiyə müəssisələrinin  kollektivləri və valideynlər iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
L.Yüzbaşova bildirdi ki, müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımız dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvoludur. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi qəbul olundu. Bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə də gənclərə aşılanmasında ən böyük örnəyin cənab Prezident İlham Əliyevdir. Məhz dövlət başçısının sərəncamına uyğun olaraq hər il respublikanın hər yerində, ölkə hüdudlarından kənarda dövlət bayrağı günü qeyd edilir. Ulu öndərin adını daşıyan və milli-mənəvi dəyərlərimizə yüksək ehtiramı ilə seçilən Heydər Əliyev Fondu da dövlət rəmzlərimizin qorunması istiqamətində mühüm xidmətlər göstərir.
Tədbir çəçivəsində balaca fidanların ifasında Azərbaycan tarixindən bəhs edən səhnəciklər, şeirlər, musiqilər səsləndi.

Keçidlər