Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı seminar keçirildi.

31 oktyabr 2018 | 16:00

31 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayon  Heydər Əliyev Mərkəzində “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı seminar keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, Mədəniyyətşunaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, gənc mədəniyyət işçiləri və rayonun qabaqcıl gəncləri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, dövlət siyasətinin bir çox istiqamətlərində müşahidə olunduğu kimi, mədəniyyət sahəsində də daim yeni və daha təkmil formatların axtarışı aparılır. Ölkənin və bütövlükdə millətin inkişaf prosesinin uğuru xeyli dərəcədə məhz mədəniyyət sahəsindəki uğurlardan asılıdır. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqəti sayəsində Azərbaycanda mədəniyyət yalnız ənənələrin dəstəklənməsi vasitəsi deyil, cəmiyyətin və dövlətin humanitar inkişafının təsirli alətlərindən biridir. Mədəniyyət sahəsi üzrə həyata keçirilən hər bir layihə gələcəyə xidmət edir və ölkədə yaşayan xalqların humanitar rifahını təmin edir.
M.Quliyev qeyd etdi ki,bu xüsusda  Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı seminar da müstəsna əhəmiyyətə malikdir.Seminarda mədəniyyət işçiləri arasında təşəbbüskarlıq və yaradıcı keyfiyyətlərin inkişafı, yeni peşə səriştələrinin formalaşdırılması, əhalinin mədəniyyət müəssisələrinə marağının artırılması, kitab oxuma vərdişlərinin formalaşdırılması və mədəniyyət müəssisələrinin rayonun sosial-siyasi həyatında oynadıqları rolun gücləndirilməsi barədə aparılan fikir mübadilələri və açıq müzakirələrin keçirilməsi bu sahədə çalışan mütəxəssislərin fəaliyyətində daha da böyük irəliləyişlərə aparacaqdır.
Mahir müəllim seminar iştirakçılarına fəaliyyətlərində uğurlar arzuladı.
Seminarda çıxış edənlər  “Mədəni xidmətlərin transformasiya və modernləşməsi”, “Biləsuvarın mədəni brendi – Kurqanlar Sivilizasiyası”, “Yeni səriştələr və peşəkarlıq meyarları”, “Gənc Mədəniyyət işçilərinin iştirakı ilə ”İdeya Bankı” nın müzakirəsi” mövzusunda mühazirələr oxudular və  sonra iştirakçılarla açıq müzakirələr aparıldı.

Keçidlər