Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Pəncərə” teatr studiyasının tamaşası maraqla qarşılandı.

25 oktyabr 2018 | 16:00

25 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayon Mədəniyyət Mərkəzində “Pəncərə” teatr studiyasının hazırladığı “Qurbanın qurbanlığı” adlı tamaşasının təqdimat mərasimi keçirildi.
Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov  iştirak etdilər.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova teatrın yaradıcı kollektivini təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.Bildirib ki, tamaşa və aktyor oyunu yüksək zövqlə işlənib yeni yaradıcılıq nailiyyəti kimi meydana gəlirsə, o, tamaşaçıların da mənəvi təkamülünə, bədii, estetik zövqünün yüksəlməsinə  təsir göstərir. Hər bir müvəffəqiyyətli tamaşa  tərbiyəvi təsirə malik olur. Yeni  yaranan “Pəncərə” teatr studiyasının hazırladığı  “Qurbanın qurbanlığı”  tamaşası da bu günün reallıqlarını özündə əks etdirir.
Çıxış edənlər teatrın kollektivinə fəaliyyətlərində uğurlar arzuladılar.
Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Keçidlər