Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda hərbi xidmətdən təxris olunan və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirildi.

24 oktyabr 2018 | 16:00

24 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda hərbi xidmətdən təxris olunan və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, aidiyyəti təşkilat rəhbərləri, şəhid ailələri, ağsaqqallar və gənclər iştirak etdi.
İştirakçılar  Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək əziz xatirələrinə gül-çiçək dəstələri düzdülər.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, rayon Gənclər və İdman İdarəsinin müdiri Aqşin Bağırov və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirmiş, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirdilər.
Diqqətə çatdırıldı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Sonra valideynlər adından çıxış edən Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışaraq, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayıb, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlik ifadə edib.
Görüşdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildirdilər.
Sonda hərbi xidmətdən təxris olan və hərbi xidmətə yola salınan gənclərə hədiyyələr təqdim edilib.

Keçidlər