Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Şəhidlik – mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirildi.

19 oktyabr 2018 | 16:00

19 oktyabr 2018-ci il tarixində Biləsuvar şəhər parkındakı “Gənclik” restoranında Biləsuvar rayon İcra Hakimiyyəti və Mənəvi Dəyələrin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Şəhidlik – mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirildi.
Seminar-treninqdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavin, dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Mənəvi Dəyələrin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlaral İş üzrə Dövlət Komitəsinin əməkdaşı Anar Əliyev və rayonun din xadimləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Kamil Qurbanlı rayonda mövcud dini vəziyyət, dövlət-din münasibətləri, eləcədə həm Dini Qurumlaral İş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsi ilə birgə həyata keçirilən tədbirlər barədə məlumat verdi. Yaranmasından qısa müddət keçməsinə baxmayaraq  Mənəvi Dəyələrin Təbliği Fondunun gördüyü işləri yüksək dəyərləndirən Kamil Qurbanlı, gələcəkdə də bu fondala birgə tədbirlərin təşkil olunacağını bildirdi.
Mənəvi Dəyələrin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Şəhdlik və İslam dinində onu yeri, eləcədə şəhidliyin mənəvi dəyər ölşü olması haqda geniş nitq söylədi.
Sonra çıxış üçün söz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimova verildi. Şəhidliyin vətən və dövlət qarşısında bir müqəddəs əməl olduğunu qeyd edən natiq, onun oğluna, özünə və ailəsinə göstərilən diqqət va qayğıdan söz açdı. Ölkə Prezidenti cənab İlham Əliyevin onların ailəsinə xüsusi diqqət ayırdığını bildirən Ağakərim İbrahmov daim dövlətimiz və dövlətçiliyimiz naminə fəaliyyət göstərməyi din xadimlərinə tövsiyyə etdi.
Dini Qurumlaral İş üzrə Dövlət Komitəsinin əməkdaşı Anar Əliyev Məhərrəmlik ayı və bu ayda din yolunda şəhid olanlar barədə danışaraq, bu günümüzdə məhz vətən yolunda şəhid olanların Məhərrəm ayında şəhid olan tarixi dini şəxsiyyətlərlə bir sırada durduqlarını bildirdi.
Tədbir də Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar rayonu üzrə səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, və digər iştirakçılar mövzu ətrafında çıxış etdilər.

Keçidlər