Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi
17 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Xırmandalı kəndi rayonun ən böyük kəndi olmaqla 2391 təsərrüfatda, 9958 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 2634 hektardır. Xırmandalı kəndində 2 tam orta məktəb, Xəstəxana, Mədəniyyət evi, Uşaq İncəsənət Məktəbi, kitabxana, uşaq bağçası və digər sosial obyektlər fəaliyyət göstərir.
Tədbirdə Xırmandalı kənd İcra nümayəndəsi Rahib Hacıyev çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışmış və bildirmişdir ki, regionların inkişafı çərçivəsində kəndimizdə də tikinti işlər görülmüş, bir məktəb yenidən tikilmiş, digəri isə əsaslı təmir olunmuş, uşaq bağçası üçün yeni bina inşa olunur,kəndin yolları asfaltlaşdırılmış, içməli su xətti çəkilmiş,yeni yaşayış massivlərinin kənddaxili yollarına qum-çınqıl örtük salınmış, elektrik və qaz təsərrüfatı yenilənmişdir. Əkin sahələrindəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur.
R.Hacıyev Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın hər bir bölgəsinə, o cümlədən Xırmandalı kəndinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda da geniş abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir. Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə insanları narahat edən heç bir problemlər olmayacaq.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Xırmandalı kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.