Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

16 oktyabr 2018 | 16:00

16 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda 2018-ci ilin  doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat iclasında  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.
Yığıncaqda  Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev geniş məruzə ilə çıxış edərək rayonda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verdi.
M.Quliyev bildirdi ki,2018-ci il rayonumuz üçün xüsusilə əlamətdar  olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin  2018-cü ilin sentyabr ayının 18-də rayonumuza səfər etməsi hər bir Biləsuvarlının yaddaşında unudulmaz xatirəyə çevrilmişdir. Məhz həmin gün cənab Prezident rayonumuz üçün xüsusi əhəmiyyət kəsb edən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Gənclər evinin və Bayraq Muzeyinin açılışını etdi.
Cənab Prezidentin həmin gün Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km) – Biləsuvar avtomobil yolunun yenidən qurulması və Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı imzaladığı sərəncamlar Biləsuvar rayonuna və biləsuvarlılara olan diqqət və qayğısının bariz nümunəsidir.
2018-ci ilin doqquz ayında  ümumi məhsul buraxılışının həcmi rayon üzrə  234 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.7 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 99.9,  ticarətdə 66.1, sənayedə 29.9, tikintidə 35.3,  nəqliyyat və rabitədə isə 2.8 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün sahələr üzrə çoxdur.
2018-ci ildə də rayonumuzda pambıq əkinlərini daha da genişləndirməklə 12 min hektara çatdırılmışdır ki, bunun da  3440.8 hektarı ”MKT İK” MMC, 3682.5 hektarı “Azərpambıq” MMC, 1310.2 hektarı rayon  Kənd Təsərrüfatı idarəsinin nəzdində yaradılmış MMC və 3566.5 hektarı isə fərdi  mülkiyyətçilər tərəfindən həyata keçirilmişdir.
Hazırda sahələrdən 10166 tondan çox məhsul toplanmışdır.Məhsul yığımı sürətlə davam edir.
2018-ci ilin məhsulu üçün 2017-ci ilin payızında 15453 hektarı buğda, 14185 hektarı isə arpa olmaqla ümumilikdə 29638 hektar payızlıq dənli bitkilər əkilmişdir.Sahələrdən 82797 ton məhsul əldə edilmişdir ki, bunun da  45328 tonunu buğda,  37469 tonunu arpa bitkisi təşkli etmişdir.Hər hektardan məhsuldarlıq 27.9 sentner olmuşdur ki, bu da ötən ilki məhsuldarlıqdan çoxdur.
Bundan əlavə hesabat dövründə yazlıq əkinlər üzrə 44953 ton tərəvəz, 1497 ton bostan, 6994 ton kartof, 24629 ton şəkər çuğunduru, 300 ton çəltik, 1080ton günəbaxan, 1137 ton qarğıdalı istehsal olunmuşdur.
Bu dövrdə iri buynuzlu mal-qaranın baş sayı 41.8 min başa, xırda buynuzlu mal-qaranın baş sayı 140 min  başa çatdırılmışdır.
Rayonda   tikinti,  abadlıq və quruculuq  sahələrində aparılan işlər  2018-ci ilin doqquz ayında da davam etdirilmişdir.Biləsuvar şəhərində inşa olunan Bayraq Muzeyi, Gənclər Mərkəzi və  20,5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 15,4 km olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilmiş,  Xırmandalı kəndində 40 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır.
               Kanalizasiya çəkilişi zamanı şəhərin yararsız vəziyyətə salınmış 14 küçəsində ümumilikdə 9,6 km uzunluğunda asfaltbeton örtük tikilmiş, S.Vurğun və Şəhriyar küçələrində 830 kvm. sahədə asfaltbeton örtüyün təmiri işləri aparılmışdır. Hal-hazırda küçələrin asfaltlaşdırılması və təmiri işləri davam etdirilir.
      Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2018-ci il tarixli sərəncamları ilə Biləsuvar şəhərində istismar müddəti başa çatmış 4 ikimərtəbəli çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 3,0 milyon manat, Biləsuvar şəhərində 1176 yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün ilkin olaraq 2,0 milyon manat, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81km)- Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə ilkin olaraq 3,0 milyon manat ayrılmışdır.
Hazırda Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi- Biləsuvar avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmışdır. Bu yolda yolun hərəkət zolağı genişləndirilməklə və 2 qat asfalt-beton örtük qoyulmaqla əsaslı yol təmir işləri aparılır.
Bundan əlavə 48 mənzilli yaşayış binasının və 1176 yerlik məktəb binasının tikiləcəyi ərazidə tikintinın başlanması üçün hazırlıq işləri aparılır. Qısa müddət ərzində hər iki obyektdə tikinti işlərinə başlanılacaqdır.        
Ötən dövr  ərzində rayonda  əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, təbii qazla təmin edilməsi istiqamətində  də bir sıra işlər görülmüşdür. Rayon üzrə 450 ədəd yeni beton və metal dayaqlar quraşdırılmış 23.9 km SİP kabel çəkilmiş,3 ədəd elektrik transformatoru quraşdırılmışdır.
2018-ci ilin arxada qalmış 9 ayı  ərzində rayonumuzda təhsil, səhiyyə və mədəniyyət sahələrində də müəyyən işlər görülmüş, ictimai-siyasi və dini  vəziyyət tam nəzarətdə saxlanılmış, gənclərlə işin yaşılaşdırılması istiqamətində keirilən tədbirlərin sayı artmışdır.
Son illər rayonumuzda yeni məktəb binaları tikilmiş, 7 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Rayonun ümumtəhsil  məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı yaxşılaşdırılmışdır.
Məzunların ali və orta ixtisas məktəblərinə qəbulundakı müsbət irəliləyişlər sevindiricidir. Belə ki, məzunlardan  293 nəfəri ali, 198 nəfəri isə orta ixtsas məktəblərinin tələbəsi adını qazanmışlar. Tələbə adını qazanmış məzunlardan 72 nəfəri 500-dən, 30 nəfəri isə 600-dan  çox bal toplamağa müvəffəq olmuşlar.
Mübariz İbrahimov adına Məktəb-lisey Kompleksinin məzunları bu il də öz ənənələrinə sadiq qalmışlar.. Məktəb-lisey kompleksinin məzunu İmanov Fail Rahət oğlu 686 balla İqtisad Universitetinə  daxil olmaqla yüksək Prezident təqaüdünə layiq görülmüşdür.
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq bu ilin 15 fevral-15 may tarixlərində rayonumuzun 62546 nəfər əhalisi tibbi müayindən keçirilmişdir.
2018-ci ilin ötən ayları ərzində rayonda dövlət  gənclər və idman siyasətinin həyata keçirilməsindən ötrü çox iş görülmüş, gənclərin mənəvi-psixoloji, mədəni, vətənpərvərlik tərbiyəsi,  asudə  vaxtlarının səmərəli təşkili, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi işinə diqqət daha da artırılmışdır.
Rayon Gənclər və idman idarəsi  tərəfindən gənclərin əsl vətənpərvər, sabahımızın layiqli vətəndaşları kimi tərbiyə olunması istiqamətində keçirilən tədbirlərin sayı və keyfiyyəti yüksəlmişdir. Həmişə öz vətənpərvərlikləri ilə seçilən Biləsuvar gəncləri bu gün də həmin ənənəni uğurla  davam etdirirlər.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışının sonunda bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışı  qarşımıza çox böyük məsuliyyət qoyur. Rayonumuzda da abadlıq, quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılması əsas məsələlərimiz olacaqdır.                                        
Hesabat iclasında Biləsuvar rayonu üzrə Maliyyə İdarəsinin rəisi Eldar Təhməzov, Bəydili kənd icra nümayəndəsi Adil Cəfərov, DSMF-nun Biləsuvar rayon şöbəsinin müdiri Fərasim Əliyev çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.

Keçidlər