Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar pambıqçıları ili yüksək məhsuldarlıqla başa vurmağı qarşılarına məqsəd qoyublar.

12 oktyabr 2018 | 16:00

2018-ci ildə  Biləsuvar rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 12 min hektar sahədə  pambıq əkilmişdir ki, bunun da  3440.8 hektarı ”MKT İK” MMC, 3682.5 hektarı “Azərpambıq” MMC, 1310.2 hektarı rayon  Kənd Təsərrüfatı idarəsinin nəzdində yaradılmış MMC və 3566.5 hektarı isə fərdi  mülkiyyətçilər tərəfindən həyata keçirilmişdir.
Təkcə 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və  24762.0 ton məhsul toplanmışdır ki, bu da 2016-cı illə müqayisədə həm əkin sahələrinin genişləndirilməsində, həm də məhsuldarlıqda 2 dəfədən çox artım deməkdir. Məhsulun becərilməsi və toplanması dövründə  20 minə yaxın insanın məşğulluğu təmin olunmuş,  əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.
Mülkiyyətçilərimiz  bu ildə də sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışaraq hər bir aqrotexniki işləri vaxtında və keyfiyyətlə apararaq bol məhsul yetişdirmişlər.
Hazırda rayon üzrə 7632,94 ton pambıq yığılmışdır ki, bunun da 3823,25 tonu ”MKT İK” MMC-yə, 2823,51 tonu “Azərpambıq” MMC-yə, 968,33 tonu rayon  Kənd Təsərrüfatı idarəsinin nəzdində yaradılmış MMC-yə və 17,85 tonu isə fərdi qaydada təhvil verilmişdir.Gündəlik məhsuldarlıq 660 ton təşkil edir.
Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda yaradılmış“Yaşıl ada” Aqroparkında bu il  519.5 hektar sahədə  pambıq əkilmişdir. Yığım başlayandan bu günədək aqroparkda 109 ton pambıq yığılmışdır.Hazırda burada pambıq yığımı sürətlə davam edir.
2017-ci il Biləsuvar pambıqçıları tarlalardan 24762 ton məhsul tədarük edərək həm orta məhsuldarlığa görə, həm də pambıq yığımına görə respublika üzrə ən yüksək göstəricilərə nail olublar. Biləsuvarlı  “ağ qızıl” ustaları əvvəlki illərdə olduğu kimi, bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoyaraq,  strateji məhsulun tədarükündəəvvəlki illərdə olduğu kimi bu il də  respublikanın qabaqcılları sırasında durmağı hədəfləyirlər.

Keçidlər