Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Nərimankənd kəndində səyyar görüş-qəbul keçirilmişdir.

13 mart 2013 | 16:00

Nərimankənd  kəndi rayonun cənub-qərb istiqamətində yerləşir. Nərimankənd  inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Nəsimi, Səmədabad kəndləri və İran İslam Respublikası  ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 828 təsərrüfat, 3816 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb,1 ümumi orta məktəb, 1 müasir tələblərə cavab verən həkim ambulatoriyası, 1 kənd klubu, 1 kitabxana, 1 EATS və poçtampt fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Nərimankənd  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki,  2,3  km məsafədə kənddaxili  yol asfaltlaşdırılmış,  18 km kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Kənd ərazisində AzKil QHT-nın dəstəyi ilə 8 km uzunluqda şor kollektoru lildən təmizlənmişdir.Kəndin  əsas təbii qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir.. Əhali fasiləsiz olaraq elektrik enerjisi təmin olunur.
Martın 12-də Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyevin Nərimankənd kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Görüşdə kənd sakinləri A.Ağamalıyev,E.Şıxəliyev, F.Cəfərov, B.Bayramov və başqaları çıxış edərək ölkədə, rayonda və kənddə gedən quruculuq abadlıq işlərindən danışmışlar. Görülmüş bütün abadlıq və quruculuq işlərinə görə Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.Onlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kəndlərimizə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirmişlər.
Hazırda Nərimankənd  kəndində  qazlaşma işi sürətlə aparılır, əhali fasiləsiz elektrik enerjisindən istifadə edir. Vətəndaşların hər bir tələb və müraciəti dərhal nəzarətə götürülür, icrası barədə aidiyyəti üzrə tapşırıq verilir. Görüş-qəbulda kənd əhalisi tərəfindən 6 məsələ qaldırılmış və icrası üzrə aidiyyatı təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, sənaye və kənd təsərrüfatı ilə bağlı yeni layihələrin həyata keçirilməsi nəticəsində yüksək sosial-iqtisadi inkişafa nail olmuşuq. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.Kəndlərdə kənddaxili yollar  təmir edilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nərimankənd kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər