Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirildi.

28 sentyabr 2018 | 16:00

28 sentyabr 2018-ci il tarixdə saat 11-00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirildi..
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Biləsuvar rayon icra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova,  rayonun ümumtəhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, YAP Biləsuvar rayon təşkilatının gənc üzvləri, rayon Gənclər və idman idarəsinin əməkdaşları və digər aidiyyəti şəxslər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon icra hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova dini maarifləndirmənin əhəmiyyətindən danışıb və rayondakı dini durum barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov respublikamızdakı tolerantlıq mühitinin dünyaya nümunə olduğunu bildirib. DQİDK sədrinin müavininin sözlərinə görə, tolerantlıq xalqımızın genetik yaddaşına hopmuş bir dəyərdir. G.İsmayılovbildirib  ki, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycanda heç zaman millətlərarası və məhzəblərarası qarşıdurma baş verməyib.
Dini radikalizm və ekstremizmin fəsadlarından da danışan G. İsmayılov deyib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatlığa səbəb olan əsas problemlərdən biridir. Hazırda radikalizm məzhəblər, dinlərarası dözümsüzlük, eləcə də zorakılıq və digər motivlərlə törədilən terror aktlarında təzahür edir.
İslam dininin gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolunun düzgün istiqamətləndirilməli olduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.
Daha sonra çıxış edənlər öz çıxışlarında İslamın dini radikalizmin qarşısının alınması, dözümlülük mədəniyyətinin tərbiyə edilməsi və dinlərarası dialoq məsələlərinin qaydaya salınmasında böyük rol oynayan barışıq potensialına və geniş üfüqi əlaqələr şəbəkəsinə malik olduğunu diqqətə çatdırıblar. Natiqlər islam dəyərlərinin öyrənilməsinə yönəldilən dini maarifləndirmənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Keçidlər