Biləsuvar rayonunda qanvermə aksiyası keçirildi
20 sentyabr 2018 | 16:00
20 sentyabr 2018-ci il tarixdə Biləsuvar şəhər “Cümə” məscidinin “xeyir-şər” məclislərinin keçirildiyi zalda Rayon İcra Hakimiyyətinin və Respublka Hemotologiya İnstitutunun təşkilatçılığı ilə Aşura mərasimi ilə əlqədar “qanvermə” aksiyası keçirildi.
Aksiyada rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri aktiv şəkildə iştirak edərək qan verdilər.
.Aksiyada Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən rayonun 100 nəfərə yaxın sakinindən qan götürüldü.