Biləsuvar rayonunda “İnsan alveri və zorakılığa yox deyək” devizi altında mədəni-kütləvi tədbir keçirilmişdir.
12 mart 2013-cü il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “İnsan alveri və zorakılığa yox deyək” devizi altında mədəni-kütləvi tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rüstəmov açaraq rayonda bu istiqamətdə görülən işlərdən danışmışdır.
Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məsul işçisi Rüstəm Əliyev və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məsul işçisi Fuad Əliyev çıxış edərək İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Proqramının icrası və insan alveri ilə bağlı gənclərin məlumatlılığının artırılması istiqamətində öz fikirlərini bildirdilər, bu sahədə respublikada qəbul olunmuş qanunlar barədə geniş məlumat verdilər. Natiqlər insan alveri və zorakılıq hallarının qarşısının alınmasında əsas rol oynayan maarifləndirmə işlərinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirdilər ki, çox vaxt insan alverinin qurbanları gənclər olur.Bu məqsədlə regionlarda maarifləndirmə işlərinin aparıldığına start verildiyi bildirildi və müxtəlif mədəni-kütləvi tədbirlərin keçiriləcəyi bildirildi.
Tədbirin sonunda “İnsan alverinin qurbanı olma!, Zorakılığa yox de” mövzularında bukletlər paylanıldı və istedadlı gənclərin ifalarında konsert proqramı təqdim olundu.