Biləsuvarda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.
12 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə gül dəstələri qoyublar.
Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev , Təhsil İşçilərinin Peşəkarlığı İnstitutunun rektoru Vəfa Yaqublu, rayon təhsil şöbəsinin kollektivi, məktəb direktorları, müəllimlər, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov “2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edərək ötən tədris ilində görülmüş və növbəti dərs ilində görüləcək işlər barədə geniş məlumat verdi.
B.Kazımov bildirmişdir ki, qazanılan nailiyyətləri artırmaq üçün rayonda tədris prosesinin müasirləşdirilməsi, təhsildə yeni texnologiyaların tətbiqi bundan sonra da diqqətdə saxlanılacaqdır. Konfransda bildirildi ki, yeni dərs ilinə hazırlıqla əlaqədar bütün məktəblər lazımi dərslik və ədəbiyyat, elektron vəsait, yeni inventarla təmin edilmişdir.
Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək əvvəlcə bütün təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirərək, çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı. Mahir müəllim qeyd etdi ki, respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əldə olunan tarixi nailiyyətlər məhz Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı olan, cənab Prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsidir.Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsİl sisteminə inteqrasiyasını təmin etmişdir. Respublikamızda təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Tədbirdə çıxış edən M.Quliyev bildirdi ki, ötən illər ərzində rayonumuz da ölkə təhsilinə öz töhvələrini vermişdir. Ayrı-ayrı ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar hazırda respublikamızın ən müxtəlif fəaliyyət sahələrində çalışırlar.Rayonumuzda yeni istifadəyə verilən təhil ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Əlbəttə bu uğurlar həm də Biləsuvar rayonun təhsil müəssisələrində çalışan pedoqoji kollektivlərin gərgin əməyi sayəsində mümküm olmuşdur.
Toplantıda çıxış edən Təhsil İşçilərinin Peşəkarlığı İnstitutunun rektoru Vəfa Yaqublu və digərləri qarşıdan gələn yeni dərs ili münasibətilə təhsil işçilərini təbrik etmiş, təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Rayonumuzun orta ümumtəhsil məktəblərində çalışan müəllimlər təhsilimizin inkişafı üçün bundan sonra da yüksək əzmkarlıqla çalışacaqlarını bildiriblər.
Konfransın qətnaməsi oxunub və konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Sonda bir qrup təhsil işçisinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.