Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi

05 sentyabr 2018 | 16:00

05 sentyabr 2018-ci il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Dərvişli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 355 təsərrüfat, 1691 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə  tam orta məktəb,  kitabxana, klub , poçt şöbəsi və  “Modul” tipli sudurulducü qurğu fəaliyyət göstərir.
Tədbirdə əvvəlcə Dərvişli kənd İcra nümayəndəsi Sakit Şərbətov çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı.Bildirdi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Dərvişli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 2 km məsafədə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, yeni salınmış yaşayış massivi və kəndaxili yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuşd, “Modul” tipli su durulducu qurğu tikilərək əhalinin istifadəsinə verilmiş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir. Dərvişli kəndi hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Ötən təsərrüfat ilində Dəvrişli kəndində  140.1 hektar pambıq əkilmiş və 295.4 ton məhsul əldə olunmuşdur.Təkcə pambığ məhsulunun becərilməsində 300 nəfərə yaxın kənd əhalisinin məşğulluğu təmin olunmuş  və 150 min manata yaxın gəlir əldə edilmişdir.Bundan başqa ərazidə taxıl, günəbaxan, yonca və tərəvəz məhsulları da əkilmişdir.
S.Şərbətov ölkə Prezidenti  cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Sonra Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Dərvişli kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün “Modul” tipli sudurulducu qurğu tikilmişdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Xüsusilə rayonumuzda aqrar sahənin inkişafının nəticəsidir ki, kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraitlərini daha da yaxşılaşdırırlar.Son illər pambıqçılığda qazandığımız uğurlarda Dəvrişli camaatının da payı vardır.Görülən bu işlərin nəticəsidir ki, bu gün  əhalimizin rahat və  firavan yaşayışı təmin olunmuşdur.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli kənd əhalisini narahat edən  problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər