Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
29 avqust 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Nərimankənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Nəsimikənd, Səmədabad kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 859 təsərrüfat, 4207 nəfər əhali yaşayır.
Tədbirdə Nərimankənd kənd İcra nümayəndəsi Asif Ağamalıyev çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, nümayəndəlik üzrə tam orta məktəb, ümumi orta məktəb, müasir tələblərə cavab verən həkim ambulatoriyası, kənd klubu, kitabxana, EATS və poçtampt fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Nərimankənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür.Ötən dövr ərzində 2,3 km məsafədə kənddaxili yol asfaltlaşdırılmış, kəndaxili yollar qum-çınqıl qarışığı ilə təmir olunmuş, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.Kənddə əhalini içməli su ilə təmin etmək məqsədilə “Modul” tipli sudurulducu qurğu quraşdırılmış və bulaqlar tikilmişdir.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir ki, bunun da nəticəsində sahibkarlığın inkişafı dəstəklənir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər, bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, firəvan yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Nərimankənd kəndində vətəndaşlarla keçirdiyi görüşdə respublikamızda və rayonumuzda görülən bu günkü hərtərəfli inkişafdan danışmış və sakinləri narahat edən problemləri dinləmişdir.Bildirmişdir ki, dövlət səviyyəsində qəbul edilən Proqramların, xüsusən, “Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Nərimankənd kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur. Şor kollektorları lildən təmizlənir.
Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Nərimankənd kəndi rayonun pambıqçılıq üzrə ixtisaslaşmış ən böyük kəndlərindən biridir.Bu da kənddə məşğulluğun tam təmin edilməsinə şərait yaradır və əhalinin gəlirlərinin artmasına səbəb olur.Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Görüşün zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nərimankənd kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.