Şriftin ölçüsü :

Saytın rəngi :

“KAİNAT” Gənclərin İctimai Birliyi tərəfindən “İctimai səfərbərlik” mövzusunda seminar-təlim keçirilmişdir.

11 mart 2013 | 16:00

10 mart 2013-cü il tarixdə Biləsuvar şəhər 4 saylı orta məktəbin akt zalında “KAİNAT” Gənclərin İctimai Birliyi tərəfindən  “İctimai səfərbərlik” mövzusunda seminar-təlim keçirilmişdir.
Seminar-təlimdə rayonun fəal gəncləri iştirak edərək, gənclərin ictimai işlərdə fəallığı ilə bağlı fikir mübadiləsi aparmışlar.Qərara alınmışdır ki, indiyədək olduğu kimi bundan sonra da Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi ilə əlaqədar Biləsuvar rayonunda icra olunan layihələrdə rayon gənclərinin aktivliyi təmin olunmalıdır.Bundan ötrü vaxtaşırı bu kimi tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır.Seminarda çıxış edən YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Kamil Qurbanlı gələcəkdə bu kimi tədbirlərdə rayon ictimaiyyətinin nüfuzlu nümayəndələrinin, o cümlədən ziyalıların iştirakı vacibdir.Tədbirin sonunda mövzu ilə əlaqədar viktorina və imitativ oyun keçirilmişdir.

Keçidlər