Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “8 mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirilmişdir.

08 mart 2013 | 16:00

07 mart 2013-cü il tarixdə “8 mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini A.Kazımov bayram münasibətilə qadınları təbrik edərək onlara bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı.Çıxış edənlər bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər və onlara öz işlərində müvəfəqiyyətlər arzuladılar.Bir qrup qadınlar qazandığları uğurlara görə təltif olundular.Sonra  rayon Mədəniyyət işçilərinin hazırladığı konsert proqramı təqdim olundu.

Keçidlər