Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir

04 iyul 2018 | 16:00

04 iyul   2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad   kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Əsgərabad  kəndində 1066 təsərrüfatda 4625 nəfər əhali yaşayır.Kənddə   tam orta məktəb,  tibb məntəqəsi, Mədəniyyət evi,  kitabxana, poçtşöbəsi, rabitə qovşağı , uşaq bağçası və Modul sudurulducu qurğu fəaliyyət göstərir.
Görüşdə Əsgərabad   kənd İcra nümayəndəsi Lətif Abbasov   çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Qeyd etdi ki, kənddə 2018-ci il məhsulu üçün 2017-ci ilin payızında 606 hektar sahədə buğda, 405 hektar sahədə arpa əkilmiş, 13.6 min ton arpa və 11.7 min buğda  ton istehsl olunmuşdur, hazırda buğda biçin davam etdirilir.Bundan başqa bu il kənddə 663 hektar pambıq, 18 hektar günəbaxan, 28 hektar tərəvəz  əkilmiş və 2.75 hektar üzüm bağı salınmışdır. Hazırda sahələrdə bitkilərin becərilməsi işlər aparılır. Həmçinin bildirdi ki, regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Əsgərabad kəndinin mərkəzi yolu asfaltlaşdırılmış,  məktəb binası əsaslı təmir edilmiş, kənddaxili küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuşdur. Bundan əlavə ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.
L.Abbasov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir..Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Rayonda  kənd təsərrüfatı, xüsusilə pambıqçılıq yüksək sürətlə inkişaf edir.Bu sahədən milyonlarla manat gəlir əldə olunur.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Əsgərabad   kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

 

 

 

Keçidlər