Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvardakı sərhəd məntəqəsində 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyətlə görüş keçirildi.

25 iyun 2018 | 16:00

25 iyun 2018-ci il tarixdə Biləsuvar rayonundakı N saylı sərhəd zastavasında “26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr  Gününə”   həsr olunmuş  görüş  keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşaova çıxış edərək,  Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbi hissənin şəxsi heyətini  təbrik edərək, hərbçilərimizə  şərəfli işlərində uğurlar arzuladı.Bildirdi ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandanımız İlham Əliyev cənabları da Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir..
Tədbirdə çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə zabit və əsgərlərimizi  təbrik etdilər. Görüşdə  rayonun incəsənət ustalarının  ifasında mahnılar səsləndi.

Keçidlər