Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Amankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
21 iyun 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Amankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Amankənd kəndində 895 təsərrüfatda 4035 nəfər əhali yaşayır.Kənddə tam orta məktəb,əsas məktəb, tibb məntəqəsi, elektron ATS, kitabxana, klub, elektrik yarımstansiyası,poçt və Modul sudurulducu qurğu fəaliyyət göstərir.
Görüşdə Amankənd kənd İcra nümayəndəsi Əlövsət Hüseynov çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Qeyd etdi ki, kənddə 2018-ci il məhsulu üçün 2017-ci ilin payızında 1030 hektar sahədə buğda, 380 hektar sahədə aprpa əkilmiş, hazırda bicin işləri aparılır.Bundan başqa bu il kənddə 355 hekatra pamdıq, 75 hektar genəbaxan, 11 hektar paxlalı bitkilər və 255 hektar yonca əkilmişdir. Hazırda sahələrdə bitkilərin becərilməsəsi işlər aparılır. Həmcinin bildirdi ki, regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Amankənd kəndində də xeyli işlər görülüb.Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, yeni məktəb binası tikilmiş kənddaxili küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuşdur. Bundan əlavə ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.
Ə.Hüseynov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Hazırda rayon mərkəzində Gənclər Mərkəzinin və Bayraq Muzeyinin tikintisində son tamamlama işləri aparılır.Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Rayonda kənd təsərrüfatı, xüsusilə pambıqçılığ yüksək sürətlə inkişaf edir.Bu sahədən milyonlarla manat gəlir əldə olunur.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Amankənd kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.