Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirildi.

12 iyun 2018 | 16:00

12 iyun 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və “Biləsuvar Yeniyetmə və Gəncləri” ictimai birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular, əziz xatirəsini yad etdilər.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı. Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının  ictimai-siyasi və humanitar məsələlər üzrə müavini  Ləman Yüzbaşova, “Biləsuvar Yeniyetmə və Gəncləri” ictimai birliyinin sədri Fərdi Quliyev gəncləri Qurtuluş Günü münasibətilə təbrik edərək, 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə gənclərə məlumat verdilər. Bildirdilər ki,  xalqın inadlı tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ilin 15 iyununda Ali sovetin Sədri seçilir. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibə və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilmişdir
Sonra yarışa start  verildi. İntellektlərin gərgin və maraqlı yarışmasının sonunda Aşağı Cürəli kənd tam orta məktəbin “13” komandası I yerə, Şəhər 6 saylı tam orta məktəbin “İstiqlal” komandası II yerə və Ovçubərə kənd tam orta məktəbin “Kavalerlər” komandası isə III yerə layiq görülərək  kubok, medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 

 

 

Keçidlər