Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin yekunları ilə bağlı konfrans keçirildi.

06 iyun 2018 | 16:00

06.06.2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində BMT-in Inkişaf Proqramı, Avropa Ittifaqının,Rasional Inkişaf uğrunda qadınlar cəmiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə icra etdiyi  “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin yekunları ilə bağlı konfrans keçirildi.
Tədbir iştirakçıları  Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət etdilər.Qonaqlar qadınların əl işlərindən ibarət sərgiyə baxış keçirdilər..Sonra Heydər Əliyev Mərkəzində Ümummili Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış oldular
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikasında səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu üzrə direktoru Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyəti, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Cankauskas, Avropa İttifaqının nümayəndələri Ceroen Villems, Eva Zukovska, BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə Rezident nümayəndəsinin müavini Alessandro Frakassetti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova, Biləsuvar, Neftçala və Sabirabad İH başçılarının müavinləri - ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, həmin rayonların Qadın Resurs Mərkəzlərinin rəhbərləri və ictimai fəal qadınlar iştirak etdilər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev giriş nitqi ilə çıxış edərək “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçıvəsində rayonda görülmüş işlərdən danışdı.Qeyd etd ki, bu layihənin həyata keçirilməsi qadınların biznes həyatında və cəmiyyətdəki rolunun artamasına öz müsbət təsirini göstərmişdir. Bu layihə qadınların iqtisadi baxımdan fəallığının artırılması istiqamətində olduqca mühüm əhəmiyyət kəsb etmişdir. Layihənin başlanğıc mərhələsində cüzi yanaşma var idisə, lakin qadınlar sonradan daha çox maraq göstərməyə başladılar və bu kütləvi hal aldı. Bu istiqamətdə qadınlar arasında böyük təşviqat işi aparılmağa başladı və nəticə olaraq biz gördük ki, qadınlar öz bizneslərini qurmaqda maraqlıdırlar və buna da nail olurlar.Gələcəkdə də belə layihələrin həyata keçirilməsi üçün hər zaman lazımi köməkliklər göstəriləcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib ki, bu bizim icra etdiyimiz ən uğurlu layihələrimizdən biridir. Bugün bu sahədə nailiyyətlər əldə etmiş qadınları görəndə şahidi oluruq ki, doğurdan da ötən illər ərzində çox böyük işlər görülüb. Layihə imkan verdi ki, qadınların iqtisadi səlahiyyətlənməsi daha da artsın. Hər bir sahədə olduğu kimi iqtisadi baxımdan da qadınların sərbəstləşməsi, öz işlərini qurması, özlərini şəxsiyyət kimi cəmiyyətdə fəal üzv kimi hiss etməsi baxımından həyata keçirilən bütün tədbirlər qadın hüquqlarının qorunmasına öz töhfəsini verir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Azərbaycan Respublikasında səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu üzrə direktoru Lourens Mereditin və BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə Rezident nümayəndəsinin müavini Alessandro Frakassetti çıxış edərək layihənin xidmət etdiyi sahələr və əldə olunan nəticələri diqqətə çatdılar. Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın nəticəsində  bundan sonra da birgə layihələri həyata keçirəcəklərini bildirdilər. Bu layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər
Sonra  qadınlar tərəfindən yaradılmış bizneslərə baxış keçiriləcəkdir.

Keçidlər